Mərkəzi Bank ilə Visa arasında Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb
Mərkəzi Bank və Visa arasında ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Bank ölkədə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi məqsədilə qlobal ödənişlərdə lider təşkilatlar ilə davamlı olaraq əməkdaşlıq edir. Ötən dövr ərzində Mərkəzi Bankın strateji tərəfdaşı qismində çıxış etmiş Visa ilə birlikdə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bir sıra uğurlu layihələrə imza atılmışdır. Qarşılıqlı əməkdaşlıq çərçivəsində ölkədə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması məqsədilə davamlı olaraq stimullaşdırıcı kampaniyalar keçirilmiş, ölkədə mobil qurğulardan istifadə etməklə ödənişlərin təhlükəsiz rejimdə həyata keçirilməsini təmin edən “Visa Token Service” innovativ həlli ölkəmizə gətirilərək bir sıra banklarda tətbiq edilmiş, eyni zamanda ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi layihəsinin ilkin mərhələsi reallaşdırılmışdır.
Visa ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi məqsədilə imzalanmış yeni strateji anlaşma ödəniş bazarının inkişafını sürətləndirən əsas drayverlərin dəstəklənməsi, innovativ ödəniş həllərinin təqdim edilməsi, mobil ödənişlərin artırılması, habelə maliyyə savadlılığı və inklüzivliyin genişləndirilməsi istiqamətində təşəbbüslərin realizasiyasını ehtiva edir.
Qeyd edək ki, Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində innovativ həllər üzrə təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini daima diqqət mərkəzində saxlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
- 25 d. əvvəl
-
56 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
























