"Ümid" və "Babək" yataqlarının kəşfiyyatı və işlənməsinə dair qanun təsdiqlənib
Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib.
Sənədlə “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişi (bundan sonra – Saziş) və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilə qəbul və təsdiq edilib, onların həyata keçirilməsinə icazə verilib.
Nazirlər Kabinetinin 2017-ci il 3 fevral tarixli 26 nömrəli qərarı ilə sazişə verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qəbul edilib və onların həyata keçirilməsinə icazə verilib. Sazişin əsas mətninə edilmiş 5 və Müqavilənin əsas mətninə edilmiş 9 Əlavə qəbul edilib və onların həyata keçirilməsinə icazə verilib.
Qanun qüvvəyə mindikdən sonra Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə və Müqavilədə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Müqaviləyə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Sazişdə və Müqavilədə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə Sazişin, Müqavilənin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin və Müqavilənin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Sazişin və Müqavilənin tərəflərinin (və ya onun hüquq varislərinin) Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər həmin tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Sazişdən və Müqavilədən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin və Müqavilənin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. Sazişə, Müqaviləyə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin, Müqavilənin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” 2016-cı il 2 may tarixli 2024 nömrəli Sərəncamına uyğun olaraq, 2017-ci il yanvarın 12-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("SOCAR") və SOCAR Umid Oil and Gas Limited (“SOCAR Umid”) şirkəti arasında Risk Xidmət Sazişi, SOCAR Umid Oil and Gas Limited (“SOCAR Umid”) şirkəti və Umid, Babək Eksploreyşn end Prodakşn ("Podratçı") şirkəti arasında isə neft-qaz əməliyyatlarının aparılması haqqında Müqavilə bağlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb



















.jpg)

.jpg)



