"Azərbaycan məzənnə korrektəsini gec aparıb"
"Azərbaycan bir neçə ölkələrdən biridir ki, onunla bağlı proqnozumuzu 6 ay əvvələ nisbətən azaltdıq".
Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.
H.Timmer qeyd edib ki, neft qiymətləri Rusiya və Qazaxıstana nisbətən daha çox təsir edib:
"Neft qiymətlərinin düşməsi nəticəsində Azərbaycan alıcılıq qabiliyyətinin 25%-ni itirib. Azərbaycanda yeni iş yerləri yaradılmalıdır. İxracyönümlü məhsullara üstünlük verilməlidir. Ötən il Bakıda olanda 5 əsas məsələni qaldırmışdım. Öncə pul siyasətinə baxılmalı və çevik məzənnə siyasəti aparılmalıdır. Məzənnə digər ölkələrə uyğunlaşdırılmalıdır. Azərbaycanda məzənnənin korrektəsi gec aparılıb, bu da iqtisadiyyata mənfi təsir edib".
"İkinci məsələ bank sektorunun sağlamlaşdırılması ilə bağlıdır. Neft qiymətlərinin ucuzlaşdığı bir dövrdə bu, çox vacibdir. Bankları təkcə fiskal sahə hesabına deyil, restrukturizasiya hesabına da sağlamlaşdırmaq lazımdır".
H.Timmerin sözlərinə görə, Azərbaycanda fiskal dayanıqlıq təmin edilib: "İqtisadiyyatda baş verən şokların yaratdığı yük əhali arasında bərabər bölünməlidir. Həmçinin, Azərbaycan ticarət üçün sərhədləri açmalıdır. Xüsusən də, startaplara şərait yaradılmalıdır".
Yaxın iki ildə Azərbaycanda inflyasiya 2 dəfə azalacaq
Bu il Azərbaycanda inflyasiyanın 7,8% olacağı proqnozlaşdırılır. Bu proqnoz Dünya Bankının "Trade in Transition" hesabatında qeyd edilib.
© Report
Hesabatda daha iki ilin inflyasiya proqnozu da verilib: "Gələn il üçün 4,2%-lik, 2019-cu ildə isə 3,8%-lik inflyasiya gözlənilir".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























