Azərbaycandakı 5-ci böyük bank daha da böyüyüb, mənfəət əldə edib
Aktivlərinin həcminə görə Azərbaycandakı 5-ci böyük bank olan “Bank Respublika” ASC 2021-ci ilin ilk rübünü 2 milyon 877 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövründə 2 milyon 885 min manat xalis mənfəət əldə etmişdi.
XƏRCLƏRİ AZALIB
“Marja” xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə (ilk rüb) “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri 23 milyon 23 min manat, cəmi əməliyyat xərcləri 21 milyon 449 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 574 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 1 milyon 303 min manat azad olub və Bankın mənfəəti 2 milyon 877 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri 27 milyon 271 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 259 min manat, əməliyyat mənfəəti 5 milyon 12 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 2 milyon 126 min mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından mənfəəti 2 milyon 885 min manata düşmüşdü.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində “Bank Respublika” 1 milyard 111 milyon 925 min manat cəmi aktivlərə malik olub. Bank ötən ilin sonunda 1 milyard 34 milyon 39 min manat cəmi aktivlərə malik idi. İlk rübdə Bankın müştərilərə verdiyi kreditlər isə 37 milyon 531 min manat artaraq 31 Mart 2021-ci il tarixində 484 milyon 398 min manata çatıb.
BANKDAKI DEPOZİTLƏR ARTIB
İlk rübdə “Bank Respublika”dakı depozitlər 689 milyon 626 min manatdan 778 milyon 836 min manata yüksəlib (89 milyon 210 min manat artıb). Bankda həm əhalinin, həm də şirkətlərin depozitlər artıb.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2021-ci il tarixində “Bank Respublika” 87 milyon 275 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 83 milyon 893 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






















.jpg)

