Neftin ədalətli və məntiqi qiyməti 60-75 dollardır - ekspert iddiası
Tələb və təklifin bir-birini tarazlaşdıraraq, qiyməti bu həddə müəyyənləşdirəcəyi daha ağlabatandır.
Məşhur ABŞ müəllifi, enerji mütəxəssisi, iqtisadi tarixçi və IHS Markit tədqiqat və informasiya şirkətinin rəhbəri, Xarici Əlaqələr Şurası adlı QHT-nin direktoru, ABŞ Enerji Assosiasiyasının prezidenti və enerji sahəsində Pulitzer mükafatına layiq görülən bir sıra kitabların müəllifi Daniel Hovard Yergin (Dan Yergin) neft bazarındakı proseslər haqqında öz mülahizələrini açıqlayıb.
Marja xəbər verir ki, CNBC kanalına müsahibə verən Yergin neftin cari ildəki ağlabatan və ədalətli qiymətinin 60-75 dollar ətrafında dəyişməli olduğunu bildirib.
Ekspert ötən ilin aprelində OPEC və onun müttəfiqləri tərəfindən hasilatın gündəlik 9,7 milyard barrel azaldılması barədə razılığa gəlinməsindən bəri hələ də “kifayət qədər iri həcmli artıq neft” qaldığını və onun bazar geri qaytarılmadığını qeyd edib: “ABŞ iqtisadiyyatı dirçəlir. Çin artıq özünə gəlib. Əgər dünyanın qalan hissəsi də iqtisadi fəallığı bərpa etsə, o zaman neftin qiymətinin 60-75 dollar aralığında olacağını düşünürəm. Bu qiyməti bizə bazar diqtə edir”.
Xatırladaq ki, martın ortalarında ABŞ-ın qocaman investisiya şirkəti Piper Sandlerin texniki-strateji analitiki Kreyq Conson neft qiymətlərinin bu il 100 dolları ötə biləcəyini iddia etmişdi.
Dan Yergin bu fikirlə razılaşmayaraq, hələ də böyük həcmdə neftin ehtiyatda qaldığını və qlobal iqtisadi artım ehtiyaclarını müəyyən müddətə tam qarşılaya biləcəyini qeyd edir: “Tələb-təklif balansının təzyiqi böyüyəcək və hasilatı artırmaq lazım gələcək, ABŞ da hasilatda öz payını yenidən bərpa edəcək. Amerika hiper iqtisadi sürətlə özünə gəlir, Çin artıq böyük ölçüdə istehsal sahələrini bərpa edib və bu mütləq tələbatı artıracaq. Ən böyük əminsizlik hazırda Avropa ilə bağlıdır, çünki karantin tədbirlərinin nə zaman bitəcəyini və Avropanın yenidən böyüməyə başlayacağını proqnozlaşdırmaq çətindir”.
Hazırda Brent markalı neftin bir barreli 67 dollardan satılır, Qərbi Texas nefti isə təxminən 64 dollara təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
32 d. əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
-
-
1 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
2 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
Ən çox oxunanlar

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
