Gəncə-Odessa birbaşa aviareyslərin açılması imkanını nəzərdən kecirilir
Ukraynanın infrastruktur naziri Vladislav Krikli və Gəncə Şəhər İcra Hakimiyyətinin başçışı Niyazi Bayramov Gəncə-Odessa birbaşa aviareyslərin açılması imkanını müzakirə ediblər. Marja xəbər verir ki, bu barədə çərşənbə günü Ukrayna İnfrastruktur Nazirliyinin saytında məlumat verilir.
Niyazov ilə Krikli arasında danışıqlar ukraynalı nazirin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
Nazirlikdə hesab edirlər ki, bu istiqamət nəinki turizmin inkişafına, həm də işgüzar təmasların və tələbə mübadiləsinin möhkəmlənməsinə imkan yaradacaq.
Bundan başqa, həmsöhbətlər perspektivli infrastruktur layihələrin reallaşdırılmasında əməkdaşlıq imkanını müzakirə ediblər.
“Ukrayna şirkətləri Azərbaycan üçün mühüm layihələrin reallaşdırılmasında iştirak etməyə hazırdır”, - mətbuat xidməti Kriklinin sözlərindən sitat gətirir.
Nazir mümkün əməkdaşlıq istiqamətləri arasında sənaye obyektləri, yol-nəqliyyat və enerji infrastrukturunun layihələndirilməsi və tikintisini, yüksəkvoltlu elektrik ötürücü xəttlər sisteminin inkişafını, dəmir yollarının modernləşdirilməsində iştrakı və dəmir yolu texnikası, metalluqrgiya məhsullarının tədarükü və s. qeyd edir.
“Bunlar nəinki iqtisadiyyatımızın sahə ixtisaslaşmasına, həm də xarici ölkələrdə, o cümlədən azərbaycanlı tərəfdaşlarla aparıcı Ukrayna şirkətlərinin işinin böyük təcrübəsinə əsaslanan istiqamətlərdir”, - Krikli vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























