Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir!
Hazırda 200-ə yaxın xidmətə ödəniş, 400-dən çox partnyor şirkət ilə əməkdaşlıq edən Hesab.az, 600 mindən çox istifadəçinin rəğbətini qazanmışdır.(®️) Azərbaycanın ən böyük onlayn xidmətlər saytı Hesab.az fəaliyyətinin 10-cu illini qeyd edir.
2011-ci ilin aprel ayının 14-də GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Yarandığı gündən bu günə kimi xidmət və fəaliyyət istiqamətlərini daim genişləndirən, yeniliklərə uyğun saytını daim yenilıyən Hesab.az, 10 illik böyük inkişaf yolu keçmişdir.
Hazırda 200-ə yaxın xidmətə ödəniş, 400-dən çox partnyor şirkət ilə əməkdaşlıq edən Hesab.az, 600 mindən çox istifadəçinin rəğbətini qazanmışdır.
Yarandığı zamanlarda onlayn ödəniş bazarında ilk şirkət olmaqla yanaşı fəaliyyət dövrünün texnoloji yeniliklərini daim istifadəçilərə peşəkar şəkildə çatdırmaq üçün dayanmadan çalışıb. Hər il təqdim edilən illik hesabatlarda həm istifadəçi sayı, tranzaksiya və ödəmə məbləği baxımından yüksələn trend ilə izlənən uğurlu nəticələri müşahidə edilir. Həmişə istifadəçini görülən işlərin mərkəzində tutaraq, yeni layihələr və innovativ məhsullar təqdim etməyə çalışır və bu yolda uğurla davam edirlər.
Sadiqlik proqramı çərçivəsində istifadəçilərinə təqdim etdiyi “Qazananlar Klubu” hazırda olduqca yüksək aktivlik və uğurla davam edir. İstifadəçilərinə qazandıqları Bonus və ya Hesab koinlərlə “Dərhal dəyiş” bölməsində hədiyyə və endirimlər təklif olunur.Eyni zamanda ödənişlər qarşılığında qazandıqları Hesab Koinləri növbəti ödənişlər üçün sərf edə bilirlər. Hər ay istifadəçilərinə müxtəlif dəyərli hədiyyələr qazandıran kampaniyalar, yarışmalar təqdim edən Hesab.az onları onlayn ödəniş etməyə stimullaşdırmış olur.
İstifadəçilərinə faydalı olacaq böyük şirkətlərlə, banklarla ortaq əməkdaşlıqlar, sosial məsuliyyət yönümlü tədbirlərdə iştirak etmək, tələbə və gənclərin inkişafına dəstək olmaq kimi fəaliyyətlər şirkətin bir çox yöndə uğurlu fəaliyyətinə nümumələrdir.
Fəaliyyət istiqamətini genişləndirmək dedikdə onlayn sahədə bir çox xidmətin onlayn satış, onlayn bankçılıq və sair kimi xidmətlərin sayt üzərindən təklif olunmağı nəzərdə tutulur. Yaxın zamanda istifadəçilərinə müxtəlif funksional və dəyərli yeniliklər təqdim etmək üçün həvəslə çalışan Hesab.az komandası, istifadəçilərin müsbət rəylərindən daim stimul almış olurlar.
Hesab.az-ın 10 illiyi münasibəti ilə Hesab.az Facecook hesabında “Giveaway” və Hesab.az saytı üzrində 14 Aprel tarixində baş tutacaq kampaniya ilə istifadəçilərini 10-cu ilində də qazandırmağa davam edir. Ətraflı: https://hesab.az/#/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








