Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir
2021-ci ilin ilk rübündə əksəriyyəti şəhid ailələri üzvləri olan 150-dən çox xəstə pulsuz müayinə və müalicə olunub
(®️) Əhalinin aztəminatlı təbəqəsinə təmənnasız xidmət göstərən "Azercell Telekom" MMC-nin Mobil Diş və Mobil Göz Klinikaları 2021-ci ilin ilk üç ayında aktiv fəaliyyətini davam etdirib. Pandemiya dövründə belə fəaliyyət göstərən klinikaların həkimləri bütün təhlükəsizlik və gigiyena qaydalarına müvafiq şəkildə bu ilin ilk rübündə 150-dən çox xəstəni pulsuz müayinə və müalicə ediblər.
Səyyar klinikalar respublikanın müxtəlif bölgələrində kimsəsiz uşaqlar və aztəminatlı ailələrlə yanaşı, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazilərinə xidmət göstəriblər. İlin əvvəlində Mobil Diş və Göz Klinikalarının həkimləri Xudat şəhərinə səfər ediblər. Səfər zaman aztəminatlı ailələrin və şəhid ailələrinin üzvlərindən olan 52 uşaq Mobil Diş Klinikasında müayinədən keçib. Dişlərində problem aşkarlanan uşaqlar təmənnasız olaraq müalicə olunublar.
2021-ci ilin birinci rübündə Azercell-in Mobil Göz Klinikasında 105 nəfər (53 uşaq, 52 böyük) ödənişsiz göz müayinəsindən keçib. Təkcə Xudat şəhərində 50-dən çox xəstəyə yardım göstərilib. Bundan əlavə, Sumqayıtdakı 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 30 nəfər səyyar klinika həkimlərindən kömək alıb.
Hesabat dövründə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan şəhid ailələrinin üzvləri üçün də pulsuz göz müayinəsi həyata keçirilib. Həmçinin, Bakıda “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin 25 üzvü də Mobil Göz Klinikasının imkanlarından yararlanıblar.
Qeyd edək ki, "Azercell Telekom" MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən mobil klinikalar "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Bu müddət ərzində Mobil Diş və Göz Klinikalarının həkimləri tərəfindən minlərlə insan müayinə edilib və zəruri müalicə alıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
5 saat əvvəl
Saxo Bank: Bir il ərzində qızılın unsiyasının qiyməti 5 min dollara çata bilər
- 6 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızıl ilə bərabər gümüş də "parlayır": Qiyməti rekorda yaxınlaşır
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Kişi həmişə qabaqda getməlidi" fikirinə görə TV-yə xəbərdarlıq edildi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Əliyev və Putin Tacikistanda görüşəcək

AzVak-da yeni vakansiyalar

Nəhəng bankdan qızıl investorlarına xəbərdarlıq: "Rekordlar normal deyil, bu, bir xəbərdarlıq siqnalıdır”

Qızıl ilə bərabər gümüş də "parlayır": Qiyməti rekorda yaxınlaşır
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!
