Azərbaycanın “VİP Aviasiya Xidmətləri Şirkəti” xalis mənfəətini artırıb
"Silk Vey Holdinq" MMC-yə daxil olan “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC 2019-cu ili 17 milyon 65 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2018-ci illə müqayisədə 20,4 % çoxdur.
2019-cu ildə “VİP Aviasiya Xidmətləri Şirkəti”nin göstərdiyi xidmətlərdən gəlirləri 40 milyon 471 min manat (2018-ci ilə nisbətən 1,4 % çox), xidmətlərinin maya dəyəri 14 milyon 608 min manat (23,7 % çox), digər əməliyyat gəlirləri 92 min manat (təxminən 96 % çox), inzibati və digər əməliyyat xərcləri 10 milyon 262 min manat (3 % az), asılı müəssisələrinə yatırılmış investisiyalardan gəlirləri 10 min manat (əvvəlki ol olmayıb), birgə müəssisələrə yatırılmış investisiyalardan gəlirləri 2 milyon 271 min manat (əvvəlki il olmayıb), investisiyalar üzrə ona elan olunmuş dividendlərdən gəlirləri 2 milyon 191 min manat (8,4 dəfə çox), maliyyə xərcləri 398 min manat (17,4 % az), məzənnə fərqindən gəlirləri 81 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 2,782 milyon manat (21,8 % az) təşkil edib.
2020-ci il yanvarın 1-nə “VİP Aviasiya Xidmətləri Şirkəti”nin aktivləri 53 milyon 381 min manat olub ki, bu da illik müqayisədə 8,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 38,5 % artaraq 21 milyon 578 min manata çatıb, balans kapitalı isə 5,7 % azalaraq 31 milyon 802 min manata düşüb.
Xatırladaq ki, “VİP Aviasiya Xidmətləri Şirkəti" 2011-ci ildə, 100 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin Uyğunluq Sertifikatına əsasən Azərbaycanın beynəlxalq hava limanlarında yerüstü və kommersiya xidmətləri göstərir. Qurum "Premium Bank" ASC-nin səhmdarıdır.
"Report"
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
- 27 d. əvvəl
- 36 d. əvvəl
-
47 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)



.jpg)



.jpg)







