Sosial sahibkarlıq, kraudfandinq və layihələrin idarə olunması mövzularında kitab çap olunub
Azərbaycanda ilk dəfə!
18 mart 2021-ci il tarixində Azərbaycanın ilk yerli Kraudfandinq platforması olan “Toxum.org” və sahibkarlıq sahəsinə öz imzasını atmış şəxslərin təşəbbüsü ilə insanların yaradıcı fikirlərinə həyat vermək üçün ərsəyə gətirilən və ölkəmizdə ilk dəfə öz doğma dilimizdə sosial sahibkarlıq, kraudfandinq, layihənin idarə olunması mövzularını əhatə edən “TOXUM” kitabı çap olunub.
Toxum.org dəyişiklik edən, sosial gələcəyə yol açan, insanlara dəyər qatan sosial və sosial sahibkarlıq ideya və layihələrə həyat verən bir platformadır. Toxumun əsas məqsədi ölkəmizdə Kraudfandinq və dəstək mədəniyyətini formalaşdırmaq və həyat tərzinin bir hissəsinə çevirməkdir.
Toxum.org komandası deyir ki, Kitablar sonsuz gücə sahibdirlər. Bizi yeni dünyalara apara, yeni şeylər öyrədə , xəyal gücümüzü inkişaf elətdirə və öz arzularımızı gerçəkləşdirməyə ilham verə bilərlər.
Toxum.org komandasının ərsəyə gətirdiyi Toxum kitabı məhz bu missiyanı öz üzərinə götürüb. Kitabı əlinə alan hər kəs öz arzusunda olduğu layihəni necə reallaşdırmaq olar onu öyrənəcək.
Kitab sosial sahibkarlıq, layihələri idarə etmək, maddi vəsait toplamaq üçün kampaniya başlatmaqla bağlı bilikləri əhatə edir. Bu mövzuların hər biri real keyslər üzərindən, nümunələrlə, sxem və cədvəllərdən istifadə edilərək çox sadə dildə izah olunub. Ölkəmizdə layihəsinə həyat vermək istəyən insanlar üçün əsl Oxu kitabı olacaqdır.
Kitabın müəllifləri Global winner 2020-nin qalibi, sosial sahibkar Sara Rəcəbli, Kvan kitabının müəllifi Coşqun Kərimov, PMP sertifikatlı layihə meneceri Kamran Cəbrayılov, Toxum.org platformasının həmtəsisçisi, iqtisadçı Toğrul Vəliyevdir.
Toxum.org-un kitabın çap etdirilməsi üçün platformanın təyinatına uyğun kampaniya başlatmış və elə ilk həftədən artıq öz hədəf məbləğinə yaxınlaşmış, sonrakı həftələrdə isə hədəfini uğurla tamamlamışdır.
Kampaniya boyunca Simurq Təhsil Fondu (şəhid və qazi ailələrinin övladlarının təhsilinə dəstək olmaq məqsədilə yaradılan sosial layihə) ilə birgə çalışan komanda, ianə edilən hər 15 manata görə 1 kitabı dəstəkçiyə, bir kitabı isə STF-yə bağışlamağı öz öhdəsinə götürüb. Bir toxumla iki ağac yetişdirmək həqiqi mənada mümkün olmasa da, bu Toxum kitabı üçün real hadisəyə çevrilmiş oldu.
Kitabı 070 538 64 72, 055 890 32 31 nömrələrinə zəng edərək və ya [email protected] mail ünvanına yazaraq sifariş edə bilər, eyni zamanda BookZone kitab mağazasından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
32 d. əvvəl
Bank Respublika Ağdamda ilk dəfə məktəbə gedəcək birinciləri sevindirdi
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
JPMorgan: Apple iPhone 17 seriyasına maraq əvvəlki modelləri üstələyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın ixracı və FED-in qərarı öncəsi neft qiymətləri yüksəldib
- 2 saat əvvəl
-
4 saat əvvəl
BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı
- 20 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İlham Əliyev tut bağında görülmüş işlərlə tanış olub

Trampdan Avropaya “Rusiyadan neft almayın” çağırışı

Rəsmi məzənnələr açıqlandı

Rusiyanın ixracı və FED-in qərarı öncəsi neft qiymətləri yüksəldib

Qızıl bazarı FED-in qərarını gözləyir

BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Bakıda yenilənmiş Toyota Corolla Cross təqdim edilib
