Azərbaycanda yeni kəşf olunmuş qızıl yatağına dair yeni xəbər
Gədəbəydə yerləşən “Uğur” qızıl yatağında II Faza aktiv zona qazma işləri tamamlanıb.
Bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” şirkəti məlumat yayıb.
Məlumatda deyilir ki, bu işlərin tamamlanması bu ilin III rübündə yataqda ehtiyatların qiymətləndirilməsinə imkan yaradacaq.
“Yeni kəşf olunan “Uğur” qızıl yatağında bu ilin IV rübündə planlaşdırılan ilk hasilat öncəsində önəmli irəliləyiş əldə olunub. Bu yataq şirkətin 2017-ci il üçün 64-72 min unsiya qızıl ekvivalentində hasilat hədəfinə çatmağa yardım edəcək”, - deyə məlumatda qeyd olunub.
Hazırda qazma nümunələrinin müstəqil keyfiyyət təminatı və keyfiyyətə nəzarət analizi aparılır. “Uğur” yatağı və Gədəbəy emal müəssisələri arasında detallı topoqrafik təhlilin tamamlanmasının ardınca servis yolunun layihələndirilməsi yekunlaşıb.
Qeyd edək ki, “Uğur” yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo Asian Mining”in Qələviləşdirmə zavodundan 3 km Şimal-Qərbdə yerləşir.
Qeyd edək ki, bu il şirkət Gədəbəydə geniş kəşfiyyat və hasilatın optimallaşdırılması işləri həyata keçirir. Bu çərçivədə "Gədəbəy" açıq mədənində bu aydan ilin sonuna qədər hasilat azaldılacaq.
MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR
“Qadir” yeraltı mədənində də qazma aparılması üçün bu ilin fevral ayında filiz hasilatı dayandırılıb və bu proses sentyabr ayına qədər davam edəcək. “Qadir”dən bu kəşfiyyat fazasındakı bütün filiz hasilatı 2017-ci ilin IV rübünün ehtiyatına daxil ediləcək.
“Gədəbəy” açıq mədənində tam hasilatın 2018-ci ilin əvvəlində bərpa olunması gözlənilir.
Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 d. əvvəl
-
-
13 d. əvvəl
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
- 17 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
Hərbi təyinatlı məhsulun istehsalı üzrə 15 şirkətə lisenziya verilib
-
1 saat əvvəl
2025-ci ildə Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
-
2 saat əvvəl
Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sahibkarlar üçün daha 9 istiqamət üzrə daxili bazar araşdırması aparılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yanvarın 7-də gözlənilən hava şəraiti
Kredit Həyat Sığortası kimlər üçündür? – MÜSAHİBƏ
2025-ci ildə Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
Ən çox oxunanlar
Mərkəzi Bank yerli banklara 1 il vaxt verdi
Azərbaycan neftinin son qiyməti
"Bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir" - İlham Əliyev
Prezident: "Biz borc götürəcəyik, qərar vermişik"
Bank “BTB” ASC “Öncə faiz!” əmanət kampaniyası DAVAM EDİR!

























