1 milyonluq əskinas!
Dollar ekvivalentində isə bu, sadəcə qəpik-quruşdur.Venesuela fiskal-monetar sahədə antirekordlar qırmaqda davam edir.
Marja xəbər verir ki, Venesuela Mərkəzi Bankı gələn həftədən etibarən 1 milyon bolivar dəyərində əskinasları dövriyyəyə buraxacağını elan edib. Yeni əskinasın dəyəri isə hazırkı valyuta mübadiləsi məzənnəsinə əsasən cəmi 52 sent təşkil edir.
Bir zamanlar çiçəklənən OPEC üzvünün iqtisadiyyatı son yeddi ildə neftin dünya bazarındakı qiymətlərində baş verən kəskin enişdən ən çox ziyan çəkənlərdən biridir. Neft gəlirlərinin ciddi şəkildə azalması və idxal həcminin kifayət qədər aşağı düşməsi maliyyə defisitini daha da sürətləndirir, bu isə Mərkəzi Bankı daha çox milli valyuta çap etməyə məcbur edir.
“Yeni əskinaslar milli iqtisadiyyatın tələblərinə cavab vermək üçün hazırkı denominasiyaları tamamlayacaq və daha da optimallaşdıracaq” – qurumun açıqlamasında belə qeyd olunur. 1 milyon bolivarlıq əskinaslardan başqa, Mərkəzi Bank hazırda dövriyyədə olan 10,000, 20,000 və 50,000 bolivarlıq əskinaslarla birlikdə işlənməsi üçün 200,000 və 500,000 bolivarlıq yeni əskinaslar da təqdim edəcək.
Ölkədə illərdir davam edən hiperinflyasiya və bolivarın sürətlə dəyərdən düşməsi Venesuela əhalisini gündəlik hesablaşmalarda ABŞ dollarından istifadəyə sövq edir. Prezident Maduro ölkə iqtisadiyyatının problemlərində əsas günahkarın ABŞ və onun tətbiq etdiyi sanksiyaların olduğunu qeyd edərək, qeyri-rəsmi dollarlaşma prosesini müvəqqəti “qaçış klapanı” adlandırır.
Tənqidçilər isə ölkənin iqtisadi tənəzzülünün kökündə prezident Maduro və onun sosialist sələfi və ideya rəhbəri Uqo Çavesin müdaxiləçi siyasətinin dayandığını bildirirlər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 23 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)
.jpg)




.jpg)








