Qlobal qida qiymətləri 9 aydır fasiləsiz yüksəlir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Fevral ayı Qlobal Qida Qiymət İndeksini açıqlayıb.
Marja xəbər verir ki, FAO Qida Qiymət İndeksi Fevral ayında 2.4% artaraq 116 səviyyəsinə yüksəlib. İllik müqayisədə (ötən ilin fevral ayına nisbətən) artım 16.74% olaraq reallaşıb.
İndeks, fasiləsiz 9 aydır yüksəlir və 2014-cü ilin İyul ayından bu yana son 6.5 ilin ən yüksək səviyyəsini görüb.
Yanvar ayında 113.3 olan İndeksin Fevral ayındakı yüksəlişini "tətikləyən" alt qruplar arasında şəkər və bitki mənşəli yağlar olub.
Geniş şəkildə ticarəti aparılan qida məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO Qida Qiymət İndeksində 5 alt qrup var.
FAO Şəkər Qiymət İndeksi, Asiyadan gələn güclü idxal tələbi, istehsalçı ölkələrdə istehsalın azalması, qlobal tədarükün daha da azalacağına dair narahatlıqlar ilə Yanvar ayı ilə müqayisədə fevralda 6,4% artıb.
FAO Bitki mənşəli Yağ Qiymət İndeksi, 6,2% artaraq 2012-ci ilin Aprel ayından bu yana ən yüksək səviyyəsinə çatıb. Palma, soya və günəbaxan yağı qiymətləri yüksəlib.
FAO Süd Məhsulları Qiymət İndeksi, Çinin idxalaının artması ilə əlaqədar olaraq 1,7% artıb. Pendir qiymətləri, qismən Amerika Birləşmiş Ştatlarındakı anbarlarda artan ehtiyatlar səbəbilə düşüb.
FAO Taxıl Qiymət İndeksi, Yanvar ayı ilə müqayisədə 1,2% artıb, səbəb Çinin tələbinin artması və istehsalın aşağı düşməsidir. Beynəlxalq qarğıdalı, buğda və düyü qiymətlərində yüksəliş yaşanıb.
FAO Ət qiymət İndeksi 0,6% artıb Səbəb ət təklifinin azalmağa başlamasıdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
47 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























