Azərbaycan 61 milyon məbləğində 9 ədəd lokomotiv alıb
Azərbaycan 2020-ci ildə ümumilikdə 60 milyon 720 min dollar dəyərində lokomotiv alıb. Bu barədə hökumətdən məlumat verilib.
“2020-ci ildə Azərbaycan 9 ədəd dəmir yolu lokomotivi alıb. Lokomotivlərin hamısı Qazaxıstandan alınıb”, - deyə məlumatda bildirilir.
Azərbaycan 2019-cu ildə ümumilikdə 101 milyon 498 min dollar dəyərində 17 ədəd lokomotiv alıb. Lokomotivlər Fransa və Qazaxıstandan tədarük edilib. Xüsusilə Fransadan 43 milyon 274 min dollar dəyərində 8, Qazaxıstandan 58 milyon 224 min dollar dəyərində 9 ədəd lokomotiv alınıb.
Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə 12 may 2014-cü il tarixində bağlanmış müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC “Alstom” şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanlı lokomotiv alacaq. Bu lokomotivlərin 40-ı Bakı-Tbilisi-Qars marşrutu ilə yük, 10-u isə sərnişin daşımalarında istismar olunacaq. Tədarüklə bağlı sifariş 2021-ci ilin sonunadək yerinə yetirilməlidir.
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 d. əvvəl
- 16 d. əvvəl
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
























