Azərbaycanın alkoqollu içkilər şirkətinin mənfəəti azalıb, borcları artıb

“Bakı Şərab-1” ATSC 2019-ci ili 169 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə 25,6% azdır. “Bakı Şərab-1” 2018-ci ili 227 min manat, 2017-ci ili 64 min manat xalis mənfəətlə bağlamışdı. 2018-c ildə “Bakı Şərab-1”in xalis mənfəətinin artması xərclərin azalması ilə bağlı idi.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Bakı Şərab-1”in satışdan gəliri (əsas əməliyyat gəliri) 27,7% və ya 708 min manat artaraq 3 milyon 64 min 694 manata yüksəlib. 2018-ci ildə Şirkətin satışdan gəliri 2 milyon 549 min manat təşkil etmişdi.
Ötən il satışın maya dəyəri isə 34% və ya 777 min artaraq 3 milyon 64 min 694 manat təşkil edib. Xərclər gəlirlərdən daha çox artdığından şirkətin əməliyyat mənfəəti azalıb.
31 Dekabr 2019-cu ildə “Bakı Şərab-1” 4 milyon 123 min 897 manat cəmi aktivlərə malik olub. 2018-ci ilin sonunda ATSC 3 milyon 676 min 361 manat cəmi aktivlərə malik idi. Ötən il “Bakı Şərab-1”də qısamüddətli debitor borclar 637 min manat artaraq 2 milyon 39 min manata çatıb. Şərəb istehsalçısının qısamüddətli kreditor borcları isə 2.3 dəfə artaraq 804 min manata yüksəlib.
Bakı şəhəri, H.Əliyev prospekti 104 ünvanında fəaliyyət göstərən “Bakı Şərab-1” ATSC alkoqollu içkilər istehsal edir. “Zolotoye koltso”, “Vodka N1”, Pşeniçnaya rosa”, “İmperial” və “İmperium” ATSC-nin əsas ticarət markalarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 d. əvvəl
-
12 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
-
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Bosch 13 min işçisini ixtisar edəcək

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
Ən çox oxunanlar

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
