Azərbaycanda tenderlərin iştirak haqları aşağı salınacaq
Hazırda 5 min manatdan 50 min manatadək olan dövlət satınalmaları kotirovka seqmentinə aid edilir. Bu seqmentin böyüdülərək 100 min manatadək çatdırılması və kotirovka sorğularının da elektron portal vasitəsilə aparılması nəzərdə tutulur.
Marjanın məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.
Xidmətin rəis müavini qeyd edib ki, yeni "Dövlət satınalmaları haqqında" qanun layihəsindəki yeniliklərdən biri iştirak haqlarının optimallaşdırılmasıdır:
"Şirkətlərin tenderlərdə geniş iştirak etməmələrinin səbəblərindən biri də tenderlərin iştirak haqlarının böyük məbləğlərdə olmasıdır. Elə tenderlər var ki, həcmləri böyük olmasa da, iştirak haqları çox yüksək olur. Yüksək iştirak haqqı şirkətləri çəkindirir, üstəlik inam da yoxdur ki, bu proses şəfaf getməyəcəkdir. Yeni "Dövlət satınalmaları haqqında" qanun layihəsində elektron satınalmalarda iştrak haqlarının optimallaşdırılması nəzərdə tutulub. Bu da kiçik və orta sahibkarların tenderlərdə iştrak etməyə maraqlarını artıracaqdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
5 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
7 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
















.jpg)







