Türk Hava Yolları Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır
Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi Seyfullah İlyas Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk də iştirak edib.
Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi bildirib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının inkişafı və genişləndirilməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir. Bu və bir sıra digər amilləri nəzərə alan Türk Hava Yolları sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır.
Niyazi Bayramov qeyd edib ki, ölkə Prezidentinin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması Gəncəyə səfər edəcək yerli və xarici turistlərin sayına heç şübhəsiz, böyük təsir göstərəcək.
Digər tərəfdən Azərbaycanın son illərdə turizm sahəsində əldə etdiyi irəliləyişlərin, işğaldan azad olunan torpaqlarımızda qurulacaq infrastrukturla bağlı həyata keçiriləcək işlərin də böyük əhəmiyyəti olacaqdır. Gəncənin yerləşdiyi coğrafi mövqe də bölgəyə gələcək turistlər üçün olduqca əlverişlidir. Çünki buradan sözügedən ərazilərə daha rahat səfərlər etmək mümkündür.
Bildirilib ki, Gəncəyə uçuşların may ayından təşkil edilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 d. əvvəl
- 15 d. əvvəl
-
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb




























