"Sığortamız Latın Amerikasından da aşağı səviyyədədir"
Azərbaycanda insanlar qazandıqlarıhər 100 ABŞ dollarının 1 ABŞ dollarını sığortaya sərf edirlər“Bu gün Azərbaycanda sığorta bazarının ümumi inkişaf səviyyəsini digər ölkələrlə, məsələn, MDB məkanı dövlətləri ilə müqayisə etdikdə görürük ki, sektorun bundan sonra da böyüməsi üçün böyük imkanlar var. Sadəcə o imkanları reallaşdırmaq lazımdır ki, yerli sığorta bazarı indikindən daha geniş funksiyaları həyata keçirə bilsin”.
Bunu Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib.
Ziya Əliyev “Bilirsiniz ki, sığorta bazarının inkişaf səviyyəsini ölçmək üçün bir neçə göstəricilər var” deyərək sözlərinə belə davam edib:
“Bu göstəricilərdən biri sığorta bazarının penetrasiya səviyyəsidir. Bunu ölçmək üçün sığorta bazarının həcminin, yəni müəyyən il və ya hər hansı dövr ərzində yığılmış sığorta haqlarının Ümumi Daxili Məhsula nisbəti götürülür. Bu göstərici ilə məlum olur ki, məsələn, cəmiyyət qazandığı vəsaitin neçə faizin sığorta məhsullarının əldə edilməsinə sərf edir. Misal üçün qeyd edə bilərəm ki, inkişaf etmiş ölkələrdə insanlar qazandıqları hər 100 ABŞ dolların 7-10 ABŞ dollarını sığorta məhsullarının əldə edilməsinə sərf edir. Azərbaycanda isə bu göstərici hər 100 ABŞ dollarının 1 ABŞ dolları səviyyəsindədir ki, bu da əhəmiyyətli dərəcədə aşağı bir penetrasiya göstəricisidir. Biz hətta Azərbaycanı bizimlə eyni gəlir səviyyəsinə malik Asiya, Latın Amerikası, MDB ölkələri ilə də müqayisə etsək görərik ki, bu istiqamətdə bir qədər aşağı səviyyədəyik. Baxmayaraq ki, eyni gəlir səviyyəsinə sahibik, amma sığorta bazarının penetrasiya səviyyəsi aşağıdır. Bu da onu göstərir ki, biz hətta indiki gəlir səviyyəsində də bazarı ən az 2 dəfə böyüdə bilərik. Sadəcə olaraq, mövcud imkanları gerçəkləşdirmək lazımdır”.
Ziya Əliyev əlavə edib ki, indiyə qədər görülən işlər, xüsusilə sığorta qanunvericiliyinin, hüquqi bazanın formalaşması sığorta bazarının stimullaşdırılmasına xidmət edib: “Çünki bildiyiniz kimi bazarın səmərəli və effektiv fəaliyyət göstərməsi üçün zəruri olan istiqamətlərdən biri hüquqi bazadır. Bu baza yerli sığorta sisteminin fəaliyyəti üçün müəyyən dərəcədə formalaşıb. Eyni zamanda sığorta bazarının tənzimlənməsi istiqamətində müəyyən nüanslar da təkmilləşib”.
Mərkəzi Bankın baş direktoru vurğulayıb ki, son 10-15 ildə cəmiyyətimizdə sığorta məhsulları ilə tanışlıq xeyli artıb. Məsələn, əvvəlki illərlə müqayisədə insanlar indi sığorta məhsulları haqqında daha çox məlumata sahibdirlər: “İcbari sığorta növlərinə nəzər salaq. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə biz artıq 100 %-lik penetrasiyaya çatmışıq. Yəni ölkədəki hər bir avtomobil sahibinin bu növ sığortası mövcuddur. Bu da o deməkdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin hamısı sığortanın bu növü haqqında məlumatlıdır. Bu da irəliyə doğru atılmış bir addım kimi dəyərləndirilə bilər. Lakin, digər sığorta sinifləri üzrə inkişaf üçün böyük imkanlar var və bunları reallaşdırmalıyıq ki, sığorta bazarının penetrasiya səviyyəsini ən az 2 dəfə qaldıra bilək. Hazırda, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu birlikdə maarifləndirmə və təbliğat layihəsinin icrasına başlayıb. Düşünürük ki, genişmiqyaslı tədbirləri əhatə edən bu layihə çərçivəsində əhalinin və biznes subyektlərinin sığorta ilə bağlı məlumatlılığı xeyli artacaq, eyni zamanda onların sığortaya olan münasibəti müsbət istiqamətdə dəyişəcək”.
©️ Report
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 d. əvvəl
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
1 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ən çox oxunanlar
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım
BYD Tesla-nı geridə qoydu





















