Elektrikli və hibrit avtomobillərin satışı artır
Avropa Birliyində (AB), 2020-ci ildə elektrikli və hibrit avtomobillərin satışları artıb və cəmi bazardakı payları 22,4%-ə çatıb.Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA), Avropa Birliyi (AB) ölkələrində 2020-ci ildə yanacaq növlərinə görə avtomobil satışı məlumatlarını ehtiva edən araşdırmasını açıqlayıb.
Marja xəbər verir ki, 2020-ci ildə AB ölkələrində satılan avtomobillərin 47,5%-i benzin, 28%-i dizel, 11,9%-i hibrit, 10,5%-i elektrikli və 2,1%-i də alternativ yanacaqla hərəkətə gələn vasitələr olub.
AB ölkələrində 2019-cu ildə cəmi 7 milyon 514 min 812 ədəd olan benzin ilə hərəkətə gələn avtomobil satışları 2020-də 37,3% azalaraq 4 milyon 713 min 778-ə enib.
Bənzər şəkildə, dizel avtomobillərin satışı 2019-dakı 4 milyon 106 min 951 səviyyəsindən 32,3% geriləmə ilə 2020-də 2 milyon 778 min 817-ə düşüb.
Hibrit avtomobillərin 2019-cu ildəki 742 min 84 ədədlik satışı isə 2020-ci ildə 59,4% artaraq 1 milyon 182 min 792 ədəd təşkil edib.
Enerji yığa bilən hibrit vasitələrin (PHEV) 2019-cu ildə 139 min 954 olan satışları da 2020-ci ildə 262,3% artaraq 507 min 59-a çatıb.
Tamamilə elektrikli avtomobillərin (BEV) satışı 2019-da 247 min 854 ədəd ikən, 117,4% artımla, 2020-də 538 min 772-yə qalxıb.
Beləliklə, elektrikli avtomobillər və enerji yığa bilən hibrit vasitələrin meydana gətirdiyi ECV qrupu avtomobillərin 2020-ci ildəki satışı 1 milyon 45 min 831 ədəd təşkil edib.
Elektrik xaricində digər müxtəlif alternativ yanacaqları istifadə edən avtomobillərin satışı isə əvvəlki illə müqayisədə 18,1% düşərək 2020-də 208 min 372 oldu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 d. əvvəl
- 16 d. əvvəl
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib


























