Yanvarda dövlət istiqrazları ilə 146 milyon manatdan çox borc alınıb
Azərbaycan Maliyyə Nazirliyi 2021-ci ilin yanvar ayında istiqraz yerləşdirilməsi yolu ilə 146 milyon 480 min 139 manat cəlb edib.
Marja Bakı Fond Birjasına istinadən xəbər verir ki, yanvar ayında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 58 əqd bağlanıb.
2021-ci ilin yanvar ayında Mərkəzi Bank tərəfindən 106 əqd üzrə 1 milyard 7 milyon 869 min 484 məbləğində qiymətli kağızlar (notlar) yerləşdirilib.
Qeyd edək ki, 2020-ci ildə Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 163 milyon 194 min manat borc almışdır. Bu, 2019-cu illə müqayisədə 504 milyon 186 min manat və ya 76,5% çoxdur.
2021-DƏ 2 MİLYARDA MANATA ÇATACAĞI GÖZLƏNLİR
Maliyyə Nazirliyi 2021-ci ildə, həm istiqrazlar üzrə qaytarılacaq əsas borcun daxili bazarda təkrarmaliyyələşdirilmə hesabına təmin edilməsi, həm də büdcə kəsirinin bağlanması üçün təqribən 2 milyard manat məbləğində dövlət istiqrazları emissiya etməyi nəzərdə tutur. 2018-2020-ci illərdə yerləşdirilən və əsas borcu 2021-ci ildə qaytarılacaq istiqrazların ümumi məbləği 681,5 milyon manat təşkil edir və bu məbləğin daxili bazardan cəlb ediləcək vəsait hesabına təkrar maliyyələşdirilməsi planlaşdırılır. Büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına əlavə 1,3 milyard manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)







.jpg)



