ABŞ-da hasilatın artması neftin bahalaşmasına imkan vermir
Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da xam neft hasilatı gündəlik 9.29 milyon barrelə çıxaraq 2015-ci ilin Avqust ayından bu yana ən yüksək səviyyəsinə qalxıb.
"Marja" xəbər verir ki, ABŞ-da neft ehtiyatları isə Bloombergin sorğusuna qatılan 11 analitikin hamısının proqnozlarından daha az düşüb. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, xam neft ehtiyatları ötən həftə ərzində 929,999 barel azalıb. Eyni hesabata görə, ABŞ-da benzin ehtiyatları isə ötən həftə ərzində 191,000 barel artıb.
Digər tərəfdən Nigeriyanın neft naziri Emmanuel Ibe Kachikwu, OPEC-in İyunda başa çatacaq hasilatın azaldılması müqaviləsini yəqin ki, daha altı ay uzadılacağını deyib.
Neft ABŞ-da artmaqda olan istehsalın, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər bəzi istehsalçıların hasilatı azaltmaları səylərinin təsirlərini siləcəyi xofu ilə ardıcıl üç həftə ucuzlaşıb.
OPEC, hasilatın azaldılması müqaviləsini ilin ikinci yarısına uzatmaq məsələsini müzakirə etmək üçün 25 Mayda Vyanada toplaşacaq. Rusiyanın istehsalın azaldılması müqaviləsini uzatmağı dəstəklədiyi qeyd edilir.
Analitiklər bildirirlər ki, bazarın OPEC-dən veriləcək müsbət xəbərlərə ehtiyacı var.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
ABŞ Enerji İnformasiya İdarəsinin məlumatları açıqlanmasından sonra, Qərbi Texas nefti (WTI) Nymex birjasında 23 sent düşərək bareli 47.59 dollara qədər, Brent nefti Londonda ICE Futures Europe birjasında 10 sent və ya 0.2% azalma ilə bareli 50.59 dollara qədər enib. Daha sonra, Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Brent nefti 50,69 dollara, Texas nefti isə 47,71 dollara qalxıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























