"İstedadlı gənclər xaricə üz tuturlar"
"Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik.".
Marja xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Prezident çıxışına belə davam edib:
"Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Misal üçün, startaplarla bağlı bizim siyasətimiz əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik.
Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin. Məsələn, nə üçün biz, ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç bir yerdə axsama olmayacaq".
Həmçinin oxu
Prezident yeni naziri qəbul edib - TAM MƏTNMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
-
11 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
13 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
13 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
14 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib















.jpg)







