“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Avrozonanın xidmət və sənaye sektorlarına dair fundamental göstəricilərin müsbət açıqlanması, avronun məzənnələrinə dəstək olub. 1.22$-ın qırılması ilə bahalaşmanın 1.23$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Bu həftə çərşənbə günü Bakı vaxtı ilə saat 23:30-da baş tutacaq FED-in mətbuat konfransı da önəmli rol oynayacaqdır.
GBP.
Foreks bazarlarında dolların və enerji birjalarında neft qiymətlərinin bahalaşması, GBPUSD məzənnəsinə də dəstək olmaqdadır. Çərşənbə axşamı saat 11:00-da dərc ediləcək İngiltərənin əmək bazarına dair önəmli funsamental göstəricilər öncəsi funt sterlinq üzrə proqnozlar da bahalaşmağın davam edəcəyi istiqamətindədir. Ən yaxın hədəfi isə 1.38$-dır.
TRY.
USDTRY məzənnəsi s on bir ay ərzində 7.50 - 7.30TL aralığında dalğalanıb. Bu həftə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın maliyyə siyasəti haqqında son çıxışında yenidən yüksək faizlərə qarşı olmasını vurğulaması, TCMB-nin gələcək faiz qərarına dair ehtimallara da təsir etməklə yanaşı, USDTRY məzənnəsinin son səviyyələr aralığında dalğalanmasınmaqda davam edəcəyinə təsir edəcəyi proqnozlaşdırılır.
Bununla bərabər gələn həftə açıqlanacaq inflyasiya fonunda proqnozlar da diqqət mərkəzində saxlanılmalıdır. Burada 14%-ə düşmə ehtimalları, lirəyə də müsbət təsir edə bilər.
OIL.
Neftə tələbin artacağı proqnozları qiymətlərin də bahalaşmasına səbəb olur. Təhlillərə əsasən, bir barel üzrə qiymət 56$-ı qırarsa, 57$-a kimi dəyər qazana bilər.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Amerika hökümətində “mavi dalğa” gözləntiləri əlvan metallar bazarlarında qızılın da bahalaşmasına səbəb olur. Hazırda 1855$-ın üzərində təklif edilən bir unsiya üzrə qiymət 1861$-ı (59.8 $/qram) yuxarı istiqamətdə qırarsa, 1915$-a (61.6 $/qram) kimi dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 35 d. əvvəl
-
- 49 d. əvvəl
- 52 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















