"Bakı şəhərində rəsmi 16 min taksi fəaliyyət göstərir"
“Son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb. Bakı Nəqliyyat Agentliyi (BNA) taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə müəyyən tədbirlər həyata keçirilib”.
Bu barədə BNA-nin rəhbəri Vüsal Kərimli bildirib. O qeyd edib ki, taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə (sürücülərin soyadı, əlaqə nömrələri və texniki göstəriciləri), həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb: "Təqribi hesablamalara əsasən hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili faəliyyət göstərir. Bu sahədə aparılan işlər nəticəsində son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb. Taksi xidmətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də duracaqların yaradılması ilə bağlıdır. Bu məsələnin həlli şəhərin tıxac probleminin aradan qaldırılması baxımından da önəmlidir. Aparılan araşdırmalarla Bakı şəhərində ümumilikdə 160 taksi duracağı təsbit edilib. Artıq bu duracaqlardan 79-u invertarlaşdırılaraq sürücülərin ixtiyarına verilib. Digər duracaqlarla bağlı da iş davam etdirilir. Duracaqların invertarlaşdırılması zamanı əsas diqqət bu məntəqələrin yerləşdiyi ərazidə digər hərəkət iştirakçıları üçün maneə yaratmasıdır”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
25 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
35 d. əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
41 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI


















