Qızılda 2013 ssenarisi yenidən baş verə bilər?
Qızıl qiymətəri, 2013-cü ilin Yanvar ayında sərt bir şəkildə düşmüş və iki il ərzində aşağı qiymət səviyyələrində qalmışdı. 2021-ci ilin Yanvar ayında isə bu sərt enişə səbəb olan işarələrin yenidən ortaya çıxdığı görünür. Qızıl qiymətlərində 2013-cü ildə yaşanan sərt eniş təkrarlana bilər?
Marja xəbər verir ki, "Bloomberg News"dan Eddie van derWalt-ın xəbərinə görə, qızıl qiymətləri 8 ildən sonra ilk dəfə Yanvar ayını ucuzlaşma ilə bağlamağa doğru irəliləyir. Qızıl üçün yüksək mövsüm olaraq düşünülən Yanvar ayında, qızılın qiymətinin düşməsi 2021-ci ilin qalan dövründə də satışların arta biləcəyinə dair riskləri artırır.
Çində yeni ay ili bayramı (21 yanvar - 20 Fevral) ərəfəsində ləl-cəvahirat, sikkə və külçə qızıl satışları artır, buna görə, Yanvar ayında qızıla tələb ümumiyyətlə yüksək olur. Qızıl, keçdiyimiz illərdəki 10 yanvar ayının 8-ində bahalaşıb və son 10 ildəki Yanvar aylarında orta hesabla 3,7% bahalaşıb.
Qızılın qiyməti sonuncu dəfə 2013-cü ilin yanvar ayında düşüb, bu tarix qızıla sərmayə yatıran bazar iştirakçılarının 1980-ci ildən bəri gördükləri ən böyük ucuzlaşma olaraq ağıllarda qalıb. 2013-cü ildə qiymətlər 12 ayda 28% düşüb, bu ucuzlaşmanın az qala yarısı Aprel ayında iki gün ərzində reallaşmışdı.
2013-də də hazırda olduğu kimi birja sərmayə fondlarında normaldan yüksək qazanclara sahib mövqelər mövcud idi. Sonra isə bu mövqelərin pula çevrilməsi 45%-lik ucuzlaşmaya səbəb oldu və iki il davam etmiş bir geriləmə trendi başladı.
Qızıl birja sərmayə fondlarındakı mövqelər, 2020-ci ilin Oktyabr ayında 3460 tona çatıb və 2012-dəki rekorddan 900 ton çoxdur. Keçən həftə çərşənbə və cümə axşamı günü yaşanan 23 tonluq qızıl satışı dalğası isə Noyabr ayından bu yana mövqelərdəki ən böyük iki günlük azalma oldu.
8 il əvvəlki ssenaridəki kimi qızıl sərmayə fondlarında yaşanan satış, Fed qiymətli kağız alışı proqramını kiçiltməyə dair siqnal versə real faizlərin yüksəlməsinə səbəb ola bilər. Lakin Fed sədri Jerome Powell bunun yaxın zamanda reallaşmayacağını söyləsə də, bəzi mərkəzi bank rəsmiləri ilin geri qalanında bunu tətbiq etmək istəyə bilər.
2013 və hazırkı eniş arasındakı bir başqa bənzərlik isə Çindən yeni ay ili bayramı üzrə tələbin də zəifləməsidir.
Hazırda dünya qlobal toparlanmanın erkən mərhələsindədir və ehtimalla real faizlər də yuxarı istiqamətli bir hərəkət görüləcək və bu da faizdən təsirlənməyən qızılın bir dəyər saxlama vasitəsi olaraq seçilməsini azaldacaq.
Hazırda qızılın unsiyasının qiyməti ABŞ-dakı iri təşviq paketilə güclənən dollar ilə əlaqədar olaraq təzyiq altındadır. Qızıl qiymətləri keçən ili 24% artımla bağladıqdan sonra 2021-ci ilin əvvəlindən bu yana 4%-ə yaxın düşüb.
Real faiz - nominal borc faizindən inflyasiyanın çıxarılması nəticəsində yaranan faiz nisbətidir. Əgər siz illik 18%-lə kredit almısınızsa və il ərzində inflyasiya 3% olubsa, real olaraq 15% əlavə ödəyəcəksiniz. Çünki inflyasiya pulun dəyərini azaldır.
Birja sərmayə fondları, bir indeksi və ya əmtəəni əsas götürən, əsas götürdüyü indeksin performansını sərmayəçilərə əks etdirməyi məqsəd qoyan və payları birjada əməliyyat olunan sərmayə fondlarıdır. Qızılın qiymətini əsas götürən birja sərmayə fondunun sərmayəçisi qızıl bahalaşanda qiymət artımı qədər qazanc əldə edir. Qızıl ucuzlaşanda isə itirir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
5 saat əvvəl
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
-
-
8 saat əvvəl
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
-
9 saat əvvəl
Mis bazarında "ralli": 14 000 dollar həddi test edildi - Yeni rekordlar gözlənilir
- 9 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
-
10 saat əvvəl
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
-
10 saat əvvəl
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
-
11 saat əvvəl
Bakı Fond Birjasında “PAŞA Bank”ın müraciətinə baxılıb, qərar qəbul edilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
eBay 56 milyard dollarlıq satınalma təklifinə “yox” dedi
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Faciə xəbərini oxuyuruq, amma dərs çıxarmırıq. Niyə?
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət - 47 milyon sərmayə yatırıb, siqaret istehsal edəcək
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış olub
PAŞA Bank səhmlərinə abunə yazılışının müddətini uzatdı
Ağacdan sənayedə istifadəyə dair qanun layihəsi hazırlanır






.jpg)







.jpg)





