Hafiz Paşayevlə Baba Rzayevin görüşü olub
ADA Universiteti ilə “Azərenerji” ASC arasında 2019-cu ilin yanvar ayında imzalanmış anlaşma müqaviləsinə uyğun olaraq, elektrik mühəndisliyi sahəsini birgə inkişaf etdirmək ənənəsi və 2021-ci ildə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı Universitetin rektoru Hafiz Paşayevlə “Azərenerji”nin rəhbəri Baba Rzayevin görüşü olub.
Bu barədə "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib
Nümayəndə heyətlərinin iştirakı ilə “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksində keçirilən görüşdə tərəflər arasında imzalanmış 2019-cu il müqaviləsinə görə beş il ərzində 20 tələbənin elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ADA və xarici ölkələrdəki Corc Vaşinqton və digər beynəlxalq universitetlərin ikili diplomunu qazanmaq şərti ilə təhsil alması barədə davam edən prosesin vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Daha sonra İtaliya-Azərbaycan universitetləri çərçivəsində həyata keçirdiyi əməkdaşlıqla bağlı ADA Universiteti tərəfindən hazırlanan və “Azərenerji” ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hazırlanan prezentasiyalar təqdim olunub.
Görüşdə energetika sahəsinin peşə təhsili üzrə inkişaf etdirilməsinin vacibliyi və bu barədə əməkdaşlığın aparılması ilə bağlı detallar müzakirə olunub. Bildirilib ki, hər il orta məktəbi bitirən lakin Ali Məktəblərə daxil ola bilməyən, o cümlədən 9-cu sinifdə məktəbdən ayrılan minlərlə gəncin elektroenergetika üzrə peşə təhsilinə cəlb edilməsi, onların yetişdirilməsi, bununla bağlı hərtərəfli təhsil kompleksinin yaradılması, həm ADA Universitetinin, həm də “Azərenerji”nin maraq dairəsində olan vacib məsələdir.
Tərəflər yubanmadan bu peşə təhsili ilə bağlı birgə əməli işə keçməyin vacib olduğunu bildiriblər.
Görüşdən sonra ADA Universitetinin rektoru Hafiz Paşayev ötən ilin aprel ayında yenidənqurmadan sonra istifadəyə verilən “Azərenerji”nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksindəki şəraitlə tanış olub, müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 47 d. əvvəl
-
49 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)






