Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi şahmatçı Avropa çempionatında qalib oldu

(®️) Dekabrın 18-dən 20-dək blits üzrə onlayn Avropa çempionatı keçirilib. Azərbaycan şahmatçılarının da iştirak etdikləri yarışın nəticələrinə əsasən, 3 şahmatçımız – Eltac Səfərli, Kənan Qarayev və Günay Məmmədzadə növbəti Avropa çempionatında iştirak etmək hüququ qazanıblar.
Çempionatda Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi 18 yaşlı Kənan Qarayev U-18 qrupunda ən yaxşı nəticə göstərərək fərqlənib. Şahmatçımız 323 iştirakçı arasında 11 oyuna 8 xal toplayaraq 12-26-cı yerləri bölüşdürüb, lakin əlavə əmsallara görə o, 24-cü yeri tutub. 18 yaşa qədər şahmatçılar arasında isə K. Qarayev 1-ci yerə layiq görülüb.
Şahmatçımız bu nəticə ilə 2021-ci ilin dekabrında Polşanın Katovitse şəhərində təşkil ediləcək növbəti rapid və blits üzrə Avropa çempionatında mübarizə aparmaq hüququ əldə edib.
Bundan əlavə, Kənan Qarayev dekabrın 2-də Azərbaycan və Türkiyə milli komandaları arasında blits üzrə “Qarabağ Azərbaycandır!” şüarı altında internet üzərindən keçirilən dostluq turnirində də iştirak edib. Kənan Qarayev bu dəfə də fərqlənərək turnirdə 1-ci yerə layiq görülüb.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu idmanla yanaşı, korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində ölkə üzrə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə, həmçinin təhsil sahəsində dəstək xarakterli fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 5 d. əvvəl
-
-
7 d. əvvəl
Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir
- 34 d. əvvəl
-
47 d. əvvəl
Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı
- 53 d. əvvəl
-
1 saat əvvəl
Digər bankdakı kreditini 0 % komissiya və aşağı faizlə Unibanka gətir!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Respublika Diaqnostika Mərkəzi“ndə təcili yığıncaq - Baş direktor seçiləcək
-
2 saat əvvəl
“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"5 manat gəliri olana 6 manat borc verilməməlidir"

“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək
Ən çox oxunanlar

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

"Atasığorta"nın kapitalı kəskin azaldılır

İri bank qızılın qiyməti üzrə proqnozunu daha da artırdı

Rəsmi məzənnələr açıqlandı

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi
