1 kənd 9 ölkəyə məhsul satır
Qazaxın Daş Salahlı kəndində fəaliyyət göstərən “AzRosProminvest” MMC Azərbaycan-Rusiya birgə müəssisəsidir.
MMC fəaliyyət göstərdiyi 10 il müddətində istehsalat sahələrini genişləndirmiş, istehsal etdiyi bentonit gilinin satışı üçün bir neçə xarici ölkədə yeni alıcılar tapmışdır. MDB-də bentonit gili bazarında liderliyi ələ alan müəssisədə quraşdırılmış müasir avadanlıqlar ona qısa müddətdə məhsul istehsalını artırmağa imkan vermişdir.
Xammal bazası dünyada keyfiyyətinə görə tayı-bərabəri olmayan Daş Salahlı bentonit yataqları olan MMC Azərbaycanda yeganə müəssisədir ki, yüksək keyfiyyətli bentonit gili istehsalı ilə məşğuldur. Bentonit gilindən əsasən dəmir kürəciklərin istehsalında, qəliblə metaltökmə, qazma və inşaat işlərində, heyvandarlıqda və şərabçılıqda istifadə olunur.
Hazırda müəssisədə 100 nəfərdən çox işçi çalışır ki, onların da orta aylıq əməkhaqqı 350 manatdan çoxdur.
Müəssisənin direktor müavini Yaşar Qurbanov söhbət zamanı dedi ki, “AzRosProminvest” məhsulları əsasən Rusiyaya, Belarusa, Türkiyəyə, İsrailə, Polşaya, İtaliyaya, Yunanıstana, Hindistana və Cin Xalq Respublikasına ixrac olunur. Müəssisənin illik istehsal gücü 150 min tona hesablanmışdır. Hələlik tələbata uyğun məhsul istehsal edilir. Lakin gələcəkdə məhsul satışı üçün yeni bazarlar tapdıqdan sonra istehsalın həcmi xeyli artırılacaq.
Müəssisədə çalışanların əksəriyyəti yerli kadrlardır. Onlar hazırlıq mərhələsini keçdikdən sonra işə qəbul ediliblər ki, bu da keyfiyyətli məhsul istehsalında başlıca amildir. Məhsulun satışında da elə bir problem yaşanmır. İxrac olunan məhsulun pulu vaxtında ödənilir ki, bu da həm müəssisədə istehsalat prosesinin davamlı olmasına, həm də işçilərin əməkhaqlarını vaxtında almalarına imkan yaradır.
0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 d. əvvəl
-
-
10 d. əvvəl
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
- 14 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
Hərbi təyinatlı məhsulun istehsalı üzrə 15 şirkətə lisenziya verilib
-
1 saat əvvəl
2025-ci ildə Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
-
2 saat əvvəl
Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sahibkarlar üçün daha 9 istiqamət üzrə daxili bazar araşdırması aparılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Hərbi təyinatlı məhsulun istehsalı üzrə 15 şirkətə lisenziya verilib
Mərkəzi Bank yerli banklara 1 il vaxt verdi
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir" - İlham Əliyev
Prezident: "Biz borc götürəcəyik, qərar vermişik"
Bank “BTB” ASC “Öncə faiz!” əmanət kampaniyası DAVAM EDİR!



























