2021-in qeyri - iş günləri təsdiq edilib - 124 GÜN...
2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü, iş günü hesab edilməyən 109 istirahət günü, iş günü hesab edilməyən 19 bayram və 1 Ümumxalq hüzn günü vardır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar–Yeni il bayramı;
20 yanvar–Ümumxalq hüzn günü;
8 mart–Qadınlar günü;
20, 21, 22, 23, 24 mart–Novruz bayramı;
9 may–Faşizm üzərində qələbə günü;
13,14 may –Ramazan bayramı;
28 may–Respublika günü;
15 iyun–Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
20,21 iyul - Qurban bayramı;
8 noyabr– Azərbaycan Respublikasının Zəfər günü;
9 noyabr–Azərbaycan Respublikasının Dövlət bayrağı günü
31 dekabr–Dünya azərbaycanlılarının həmrəyliyi günü.
2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində25 mart, 10 may tarixləri istirahət günləridir.
2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2021-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır.
Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışanlar üçün 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://sosial.gov.az/istehsalat-tqvimi) da yerləşdirilib.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 11 d. əvvəl
- 22 d. əvvəl
-
24 d. əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 34 d. əvvəl
-
51 d. əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
-
1 saat əvvəl
300-dən çox yerli şirkət bir məkanda: Bakıda böyük biznes sərgisi başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
Ən çox oxunanlar
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
























