"Bu layihə Naxçıvanın iqtisadiyyatını canlandıracaq” - Anlaşma Memorandumu imzalandı
Azərbaycan Türkiyə ilə Naxçıvana təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalayıbDekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad olunması ilə başlayan imzalanma mərasimində çıxışı zamanı energetika naziri Pərviz Şahbazov Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini, haqq işimizə verdiyi tərəddüdsüz dəstəyi həmrəyliyimizin bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının, sarsılmaz birliynin qələbəsidir:
“Bu iki ölkənin liderlərinin bir-birinə güvəninin, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir. Hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidr. Azərbaycan və Türkiyə regionda yeni geosiyasi reallıqların və təhlükəsiz inkişaf mühitinin birgə müəllifləridir. Regionun resurslar, kommunikasiya və logistika potensialının birgə istifadəsinə imkan yaradacaq yeni çoxşaxəli əməkdaşlıq yalnız Azərbaycan və Türkiyə üçün deyil, bölgə üçün, dünya üçün də faydalı olacaqdır”.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə deyib ki, bizim gücümüz qardaşlığımızdır, qardaşlığımız isə əbədidir: “Bu Zəfərlə birlikdə döyüşlərin, işğalların olduğu bir coğrafiya əvəzinə layihələrin danışıldığı bir bölgə ortaya çıxıb. Türkiyə -Naxçıvan təbii qaz boru xətti də bu Qələbənin bir hürriyyət layihəsidir. Bu layihə Naxçıvanın iqtisadiyyatını canlandıracaq”.
Anlaşma Memorandumundan bəhs edərkən energetika naziri Pərviz Şahbazov Naxçıvanın təbii qazla təminatının strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Bu gün imzalanan sənəd Naxçıvana Türkiyədən boru kəməri vasitəsilə qaz tədarükünə zəmin yaradır. Hər iki ölkənin şirkətlərinin – SOCAR və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.”
İmzalanma mərasimindən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Enerji layihələrinin, xüsusilə neft-qaz kəmərlərinin təhlükəsizliyi, TAP boru kəməri barədə jurnalistlərin sualları cavablandırılıb.
Səfər çərçivəsində Azərbaycan və Türkiyə energetika nazirləri Pərviz Şahbazov və Fatih Dönməzin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün çəkiləcək yeni kəmərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, enerji sahəsində gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Nazir Pərviz Şahbazov Azərbaycanla Türkiyənin örnək enerji əməkdaşlığından, enerji layihələrinin hər kəs üçün faydalarından da bəhs edib. Bildirib ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 424 milyon ton nefti, qaz kəmərləri ilə isə Türkiyəyə 76 milyard kubmetrdən çox qaz nəql edilib. TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 2018-ci ilin iyulundan indiyə kimi 8,2 milyard kubmetrdən artıq olub. Bu vaxta qədər Türkiyənin Azərbaycan iqtisadiyyatına 14 milyard dollar, Azərbaycanın isə Türkiyəyə 18 milyard dollardan çox sərmayə qoyması da iki ölkə arasında yüksək əlaqələrin daha uğurlu bir nümunəsi kimi qiymətləndirilib.
Qeyd edək ki, səfər zamanı energetika naziri Kalyon Günəş Paneli zavoduna və Türkiyənin TEİAŞ Şirkətinin Dispetçer Mərkəzinə də baş çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
-
- 17 d. əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək













.jpg)











