PAŞA Bankdan “YAŞAT” fonduna dəstək - MƏBLƏĞ
PAŞA Bank İkinci Qarabağ müharibəsində zərərçəkmiş ailələrə yardım göstərməyə davam edir.
Belə ki, bank, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralanan şəxslərə və şəhid ailələrinə dəstək göstərən “YAŞAT” fonduna 500 min AZN ianə köçürüb. Ümumilikdə isə PAŞA Holding və onun tərkib hissəsi olan bank və sığorta şirkətlərinin “YAŞAT” fonduna maliyyə dəstəyinin dəyəri 2 milyon AZN təşkil edib.
Qeyd edək ki, PAŞA Bank, müharibədə zərərçəkmiş ailələrə dəstək vermək məqsədilə keçirilən bir neçə yardım kampaniyasında aktiv iştirak edib. Bir müddət əvvəl İsrail-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi xeyriyyə aksiyasına qatılan PAŞA Bank müharibə dövründə Bərdə şəhərində dağıntıya məruz qalmış yaşayış məntəqələrinin sakinlərinə humanitar yardımın göstərilməsinə dəstək olub.
Bu ilin noyabr ayında bank əməkdaşları Bərdə şəhərində düşmən atəşi nəticəsində zərərçəkmiş 100-ə yaxın ailəyə dəstək kampaniyası keçirib. Bankın kollektivi “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin nümayəndələri ilə birlikdə Bərdə şəhərinə səfər edib. Burada zərərçəkmiş ailələrə öncədən bank əməkdaşları arasında keçirilmiş sosial kampaniya çərçivəsində alınan isti yorğanlar, qida məhsulları və gigiyena vasitələri, o cümlədən uşaq oyuncaqları təqdim olunub.
Eyni zamanda, PAŞA Bankın dəstəyi ilə ASAN könüllüləri cəbhəyanı ərazilərdə yaşayan və müharibənin fəsadlarından əziyyət çəkən uşaqlarla görüşüb. Psixoloji gərginlik keçirmiş azyaşlılara dəstək olmaq, uşaqların əhval-ruhiyyəsini yüksəltmək məqsədilə onlara müxtəlif hədiyyələr təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)


