Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti oldu
Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən daha 3 şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “İTİCKET” MMC-nin “iTicket” layihəsinə, “NN GROUP” MMC-nin “Ağıllı avtobus” layihəsinə və “LOF STUDIOS” MMC-nin bir neçə layihəsinə qeydiyyat şəhadətnaməsi təqdim olunub.
Rezidentlər yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin şirkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda rezidentlər üçün nəzərdə tutulan güzəştlərdən yararlana biləcəklər. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunacaqlar.
Rezidentlik alan ilk layihə “İTİCKET” MMC-nin “iTicket” layihəsidir ki, bu layihə beynəlxalq standartlara uyğun olaraq hazırlanmış və süni intellektə (Al) əsaslanan platformadır. Konsert, teatr, idman, əyləncə və bir çox digər tədbirlərə bilet satışını reallaşdıran layihənin məqsədi Azərbaycan markası olan süni intellekt (Al) məhsulunu beynəlxalq bazara təqdim etmək və bazar payını artırmaqdır.
“NN GROUP” MMC-nin “Ağıllı avtobus” layihəsi də yeni rezidentlər arasındadır. "Ağıllı avtobus" günəş və külək enerjisi ilə şarj olunan yeni nəsil avtobusdur. Avtobus ekotexnologiyalar ilə təchiz olunub və ekoloji cəhətdən tamamilə təmizdir. Layihənin məqsədi Azərbaycanda “Yaşıl sənaye”ni inkişaf etdirmək, eyni zamanda “Yaşıl sənaye” üzrə yerli mütəxəssislər yetişdirməkdir. Layihə həmçinin “Made in Azerbaijan” brendini dünya bazarında yeni istiqamətdə tanıtmağı hədəfləyir.
Üçüncü rezident isə “LOF Studios” (Land Of Fire Studios) Azərbaycanda və qonşu regionlarda videooyunlar, mobil tətbiqlər, kinematoqrafiya kimi yüksək texnologiyalı rəqəmsal məhsulların hazırlanması və onların A-dan Z-yə qədər marketinq, nəşr və satışını həyata keçirən ilk çoxfunksiyalı studiyadır. Studiyanın 4 növ layihəsi mövcuddur: “Project BOB” – kütləvi çox oyunçuluq, “VICON Motion Capture Systems” – hərəkətin ələ keçirilməsi sistemi, “ƏMƏK” Əhalinin Məşğuliyyət Klubu – işsizliyin aradan qaldırılması üçün “uberizasiya” prinsipi ilə təşkili üzrə mobil tətbiq və “MEDYBOT” tibbi bot – bütün tibb müəssisələrinin, həkimlərin və göstərdikləri bütün xidmətlərin onlayn sifarişi və təşkili. Layihələrin əsas məqsədi işsizliyin qarşısını almaq, mobil tətbiq və videooyun sənayesini inkişaf etdirmək, bacarıqlı gənclərin bu sahədə inkişaf etməsinə dəstək göstərməkdir.
Bununla da Pirallahı Yüksək Texnologiyalar Parkında rezidentlərin sayı 7-yə çatdı. Pirallahı Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarnın işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə yaradılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)



.jpg)







