"Azərbaycan xalqına keyfiyyətsiz, xaricə isə keyfiyyətli məhsulları satırlar"
“Azərbaycandan satlan “Head and Shoulders” başı keçəl edir”
Tanınmış prodüser Tarix Əliyev (Tolik) Azərbaycanda satılan məhsullara qarşı anti-reklama başlayıb.
“Marja”nın məlumatına görə, Tarix Əliyev “İnstagram”da minlərlə pərəstişkarının izlədiyi canlı yayım zamanı, Azərbaycanda satılan şampunların, çayların, şokoladların və kompotların keyfiyyətsiz olduğunu bildirib:
“Azərbaycandan “Head and Shoulders” daxil heç bir şambunu almayın. Rusiyadan, Türkiyədən, başqa bir ölkədən alın. Azərbaycanda satılan şampunlar başı keçəl edir. Türkiyədən aldığım “Head and Shoulders” ilə Bakıdan aldığım “Head and Shoulders” tamamilə fərqli-fərqli məhsullardır. Azərbaycanda satılan şampunların əksəriyyəti Sumqayıtda doldurulur”.
“ZİR-ZİBİLİ İÇİNƏ DOLDURUB “DOĞADAN” ADI İLƏ SATIRLAR”
Tarix Əliyev qeyd edib ki, özü Türkiyə istehsalı olan “Doğadan” çayının istifadəçisidir. Türkiyədən və Azərbaycandan aldığı “Doğadan” çayının qablaşdırılması, ətiri və keyfiyyəti bir-birindən tamamilə fərqlidir. O canlı yayımda Azərbaycandan və Türkiyədən aldığı “Doğadan” çaylarını nümayiş etdirib. Çayın qutusu, paketinin ölçüsü, rənginin bir-birindən fərqləndiyi görülüb:
“Baxın, bu “Doğadan” çayını Türkiyədən almışam. Tamamilə fərqli bir şeydir. Bu “Doğadan” çayını isə Azərbaycandan almışam. Azərbaycanda çox baha satılır. Budur, açılmamış qutusu dağılır. Çünki Azərbaycanda hazırlanıb. Bu isə Türkiyədən gətirilib. Bunun qablaşdırılmasına baxın, Azərbaycanda satılanın qablaşdırmasına baxın. Türkyədən gələn necədə səliqəli və möhkəm bağlanıb. Bunun iyinə də durmaq olmur, Azərbaycanda satılandan isə iy gəlmir. Aralarında dünya qədər fərq var. Həm qutusunda, həm boyunda, həm ətirində. Bir sözlə, zir-zibili içinə doldurub “Doğadan” adı ilə satırlar. Bunları Allah öldürsün”.
“UCUZ OLSUN DEYƏ, KEYFİYYƏTİNİ AŞAĞI ETDİRİRLƏR”
Tolik qeyd edib ki, Moskvada satılan konfetlər ilə Azərbaycanda marketlərdə “Moskovskiy” adı ilə satılan şokoladlar da tamamilə fərqli məhsullardır:
“Azərbaycandakı idxalçılar Rusiyadakı istehsalçı ilə danışırlar ki, məhsulun keyfiyyətini aşağı edin. Nədir ki, ucuz olsun. Ay donuzlar, o dünyada cavab verəcəksiniz. Bu milləti aldadırsınız. Bizim supermarketlərdə satılan “Moskovskiy” şokolad ilə, Moskovadan alıb gətirdiyim şokoladlar arasında dünya qədər fərq var”.
“SƏN 1 MANAT 15 QƏPİYƏ SATDIĞIN KOMPOTDAN NECƏ QAZANIRSAN?”
Prodüser qeyd edib ki, yerli istehsalçılar Azərbaycan bazarı üçün keyfiyyətsiz, xarici bazar üçün isə keyfiyyətli məhsullar istehsal edirlər:
“Azərbaycanda Rusiyaya göndərilən çayların keyfiyyəti yüksək olur, Azərbaycanda satılanların keyfiyyəti isə az. Hər şeyin tərkibini azaldırlar ki, daha çox pul qazansınlar. Elə bil bunlar ölməyəcəklər.
Hətta mən deyim. Azərbaycanda satılan yerli kompotlar, Dubayda satılan bizim eyni kompotlardan zəifdir. Mən bir dəfə Dubaydan Azərbaycan istehsalı olan kompot aldım. Burdakı ilə oradan aldığımın arasında dad baxımından böyük fərq var. Dubayda aldığım daha dadlı və keyfiyyətli idi. Burada satdıqları kompot keyfiyyətszdir. Kompotu 1 manat 15 qəpiyə satırlar. Ay qardaş, sən 1 manat 15 qəpiyə kompotun içərisini doldurursan, şuşəsini və qapağını alırsan, kağızını vurursan, işçi pulunu verirsən, daşıyırsan və s... Sən bundan necə qazanırsan? Çox maraqlıdır. 1 litirlik kompot 1 manat 15 qəpiyə....İçərisinə meyvə də qoyublar. Məsələn, çiyələk kompotu. Çiyələyin kilosu 5-10 manatdır... Ürəyin kompot istəyir evdə hazırla. Başqa yol yoxdur”.
Tarix Əliyev əlavə edib ki, yerli istehsalçılar xaricdə baha satdıqlarından ixrac edəcəkləri məhsulları keyfiyyətli edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
4 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
22 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
23 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
23 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!





















