Daşınmaz əmlak bazarında alıcı qıtlığı yaşanır
“Karantin dövrü başlayandan sonra Bakıda çoxmənzilli binalarda satış dayandı. Vətəndaşlar yay aylarında həyət evlərinə üstünlük verdilər və nəticədə həyət evlərinin kirayəsi və satışı artdı. Bina evlərinin alqı-satqı və kirayə əməliyyatlarında isə 80 %-ə qədər azalma oldu”.
Bu sözləri açıqlamasında daşınmaz əmlak bazarındakı ümumi vəziyyəti şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert bazarda vəziyyətin zəifləməsinə təsir edən səbəbləri sadalayıb:
“Xarici ölkələrlə sərhədlərin bağlı olması, rayon qeydiyyatı olan insanların paytaxta gələ bilməmələri, insanların evdən çıxmalarına qoyulan məhdudiyyətlər və digər amillər bazarda dinamikanı aşağı saldı. Ev almaq isəyən adam gün ərzində bir deyil, bir neçə mənzilə baxmalı olur. Karantin dövründə verilən 2-3 saatlıq icazə müddətində isə bunu çatdırmaq olmurdu. Digər tərəfdən, mənzil sahibləri də virus qorxusu ilə hər adamı evə buraxmırdılar. Bütün bunlar bazarda durğunluq yaratdı. Lakin Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) evləri satılırdı. Hazırda dövlət ipotekalarına da tələbat var. Ümumilikdə isə bütün dünyada keçən illə müqayisədə daşınmaz əmlak bazarında dinamika xeyli aşağıdır. Mənzillərə tələbat olanda yeni binalar da inşa edilirdi. İndi isə tikintilər də, demək olar ki, dayanıb”.
E.Fərzəliyev hesab edir ki, daşınmaz əmlak bazarında qiymətlərin düşmə ehtimalı real deyil:
“Bu gün tikinti xərcləri çox yüksəkdir. Mərkəz və mərkəzə yaxın ərazilərdə çoxmənzilli binaların tikintisinə yararlı torpaq sahələri yox dərəcəsindədir, qiymətləri isə çox yüksəkdir. Sənədləşmə proseslərinin də çətinləşməsi qiymətlərə təsir edir. Ayrı-ayrı insanlar pula ehtiyacı olduğu üçün evlərini ucuz qiymətə sata bilərlər. Amma ümumilikdə bazardakı qiymətlərin enmə ehtimalı həqiqətə uyğun deyil. Pandemiya dövründə yalnız bağ evlərinin qiyməti azaldı. Əvvəllər bağ evlərinin qiyməti çox yüksək həddə çatmışdı. Pandemiya ərzində isə enərək öz real səviyyəsini aldı”.
Ekspertin sözlərinə görə bazardakı problemin səbəbi alıcı sayının azlığıdır:
“Bu gün iri obyektlərə tələbat çox azdır, qiymətləri isə xeyli yüksəkdir. Şadlıq sarayları, mərasim evləri işləyə bilmir. Eyni sözü restoran, otel və istirahət mərkəzləri haqqında da demək olar. Əvvəllər bir milyon manata olan obyekti bu gün 500 min manata da təklif etsələr alıcı olmur.
Hər il, onsuz da, yay aylarında bina evlərinin alıcısı az olur və qiyməti enir. Bu il isə pandemiya ilə əlaqədar alıcı sayı daha da azaldı. Adətən hər il avqustun 15-dən sonra vəziyyət düzəlirdi. İndi isə pandemiya səbəbindən qapanmaların davam etməsi, Qarabağ ətrafında baş verənlər kimi səbəblərdən vəziyyət zəif olaraq qalır. Əvvəllər 100 min manata olan 3 otaqlı evi bu gün 90 min manata da təklif etsələr alıcı olmur. Yəni problem isə qiymətlərdə deyil, alıcının olmamasındadır”.
MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə daşınmaz əmlak bazarında qiymətlərin hansı faiz nisbətində dəyişdiyi barədə məlumat verib:
“Ümumi bazarda elə ciddi dəyişiklik olmayıb. Oktyabr ayı ərzində qiymətlərdə 0,5 % artım baş verib. Ötən illə müqayisədə isə qiymətlər 5,03 % artıb.
Təkrar mənzil bazarında qiymətlərdə ay ərzində 0,3 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 1,72 % artım olub.
İlkin mənzil bazarında ay ərzində qiymətlər 3,34 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlərdə 1,28 % azalma olub.
Fərdi yaşayış və bağ evlərində ay ərzində 2, 51 %, il ərzində 5,34 % artım olub.
Kommersiya obyektlərinin qiymətlərində ay ərzində 1,37 % artım, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,6 % azalma müşahidə edilib”.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 58 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
3 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 3 saat əvvəl
-
4 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"















