"Anlaşma uzadılmasa, neft 40 dollara kimi ucuzlaşa bilər"
OPEC və ona üzv olmayan neft ölkələri 30 iyun tarixində bitən neft hasilatının azaldılması barədə Vyana anlaşmanın müddətini uzatmasa, neftin qiyməti 40 dollar/barelə və ya daha da aşağı düşə bilər.
"Bloomberg" agentliyi xəbər verir ki, bu açıqlama ilə BƏƏ-nin Əbu-Dabi əmirliyinin suveren rifah fondu olan "Abu-Dhabi Investment Authority"nin Araşdırma Departamentinin rəhbəri Kristof Ruel (Christof Ruehl) Dubayda keçirilən konfransda çıxış edib.
K.Ruel bildirib ki, ilin əvvəlindən hasilatın azaldılması ilə bağlı 6 aylıq müddətə anlaşmanın tətbiq edilməsi neft qiymətlərini maksimal həddə çatdırsa da, ABŞ-da şist neft hasilatının artması və neft ehtiyatlarının yüksək səviyyədə qalması qiyməətlərin 50 dollar/barel səviyyəsindən yuxarı qalxmasına mane olub. Departament rəhbərinin fikrincə, Səudiyyə Ərəbistanı hasilatı azaltmağa davam etdiyi halda, İran və İraq bazar paylarını artırırlar.
Qeyd edək ki, Vyana anlaşmasının müddəti uzadılmasa, neft qiymətlərinin 40 dollar/bareldən aşağı düşməsi ehtimalını Dubayda yerləşən "Emirates NBD PJSC" bankının əmtəələr üzrə analitiki Edvard Bel (Edward Bell) və Almaniya "Commerzbank"ının Əmtəə araşdırmaları Departamentinin rəhbəri Yevgen Veynberq (Eugen Weinberg) də təkrarlayıblar.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
46 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır













.jpg)





