Fed faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (Fed), proqnozlara paralel olaraq faizində dəyişikliyə getmədi.ABŞ Mərkəzi Bankının (Fed) pul siyasəti yığıncağı bu gün sona çatıb.
Marja xəbər verir ki, Bank faizlərində dəyişikliyə gedilməyərək 0 - 0.25% aralığında saxlayıb.
Fed eyni zamanda qiymətli kağız alışı proqramında da dəyişikliyə getmədi.
Bazarlarda da Fedin faizlərində hər hansı bir dəyişiklik edəcəyi gözlənilmirdi.
Fed, 15-16 Sentyabr tarixli yığıncağında ABŞ iqtisadiyyatının pandemiyadan qaynaqlı problemlərə qarşı toparlanmasına kömək olmaq üçün faizləri heç olmasa 2023-cü ilə qədər sabit saxlayacağının siqnalını vermişdi.
Yığıncaqdan sonra açıqlama verən Fed sədri Cerom Pauel, son zamanlar koronavirusa yoluxanların artmasının narahatverici olduğunu bildirib.
Fed, ABŞ iqtisadiyyatını dəstəkləmək üçün bütün vasitələri istifadə etmək sözünü təkrarlayıb və istiqraz alışlarına mövcud sürətdə davam ediləcəyini bildirib.
Fed-in açıqlamasında, zəifləyən tələbin və aşağı neft qiymətlərinin inflyasiyanı aşağıda saxladığı, pandemiyanın iqtisadiyyat üzərində əhəmiyyətli bir risk meydana gətirdiyi, iqtisadiyyatın yığışmasının koronavirus pandemiyasının gedişinə bağlı olduğu vurğulanıb.
İqtisadi fəaliyyətin və məşğulluğun toparlanmağa davam etdiyi qeyd edilən açıqlamada, iqtisadiyyatdakı səviyyənin pandemiyadan əvvəlki səviyyələrdən aşağı olduğu və pandemiyanın yaxın dövrdə iqtisadi fəaliyyətin, məşğulluğun və inflyasiyanın üzərində təsirli olacağı ifadə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























