Azercell-in layihəsi nüfüzlu beynəlxalq festivalda Gümüş və Bürünc medal qazandı
Azercell-in #QadınDediyin layihəsi nüfüzlu beynəlxalq Red Jolbors festivalında Gümüş və Bürünc medal qazandı
(®️) Olkəmiz üçün tarixi və son dərəcə əhəmiyyətli olan dönəmdə, tək cəbhədə yox, həmçinin informasiya məkanında da güclü mübarizənin getdiyi zamanda Azercell şirkəti Azərbaycanın beynəlxalq aləmdə növbəti dəfə tanıdılmasına nail olub. Belə ki, Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan Red Jolbors festivalında Azərbaycanın lider mobil operatoru Azercell-in hazırladığı #QadınDediyin sosial layihəsi iki yüksək mükafata layiq görülüb. Orta Asiya və MDB ölkələrindən yüzlərlə nümayəndənin qatıldığı yarışmada münsiflərin qərarına əsasən #QadınDediyin layihəsi bölgənin ən yaxşı KSM layihələri arasında ikinci yerə çıxaraq Gümüş medala, “Ən yaxşı rəqəmsal kampaniya” nominasiyası üzrə isə Bürünc medala layiq görülüb.
#QadınDediyin layihəsinin mesajlarında və çarxında cəmiyyətdə qadınlara dair mövcud olan stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs olunur. Davranışı ilə bu stereotipləri qıran xanımların timsalında uğurlu azərbaycanlı qadın idmançıların həyatından nümunələr təqdim edilib. Belə ki, öz hüquq və vəzifələrini bilən, öz yolunu seçib ona doğru əzmkarlıqla addımlayan qadın maneələri aşabiləcək və uğur qazana biləcək gücə, ağıla, iradəyə sahib olduğunu sübut etmiş olur; inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir.
Qeyd edək ki, bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaratdı, nüfuzlu influenserler və blogerlər tərəfindən dəstəkləndi, ictimaiyyətin diqqətini cəlb etməyə çalışdı.
Bu il ilk dəfə online formatda keçirilən tədbirdə 250-dən çox reklamçı, marketoloq, brend-menecer, PR mütəxəssisi Red Jolbors kommunikasiya festivalına öz işini təqdim edib. Onlar yeddi kateqoriya üzrə 20-dən çox nominasiya uğrunda mükafatlar üçün yarışıblar. Bu işləri qiymətləndirən komissiyada Avropa və MDB ölkələrinin tanınmış reklam agentlikləri, beynəlxalq mükafat laureatları təmsil olunub. Festival nüfuzlu qonaqları ilə yadda də qalıb. Müsabiqənin Jolbors Education adlı maarifləndirici bölməsində Google, Mail.ru Group, PepsiCo, Skyeng, Borjomi Global, Forbes Russia kimi məşhur şirkətlərin ekspertləri çıxış ediblər. Məşhur rejissor Timur Bekmambetov, tanınmış reklamçı Maksim Ponamaryov tədbir iştirakçıları qarşısında çıxış ediblər. Red Jolbors festivalı iştirakçılara peşəkar səviyyələrini artırmağa, həmçinin müxtəlif ölkələrin təmsilçilərinin müştərək maraqlı kreativ layihələrini ərsəyə gətirməsinə imkan yaradır.
Azercell indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edərək ali mükafatlara layiq görülüb. Şirkətin KSM sahəsində həyata keçirdiyi layihə və təşəbbüslər dünyanın ən yaxşıları sırasında təqdim edilərək, ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində atılan uğurlu addımlardan olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 14 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
-
1 saat əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

İdxal artsa da, Gömrük Komitəsi plana tam əməl edə bilmir

Oktyabrın 7-də gözlənilən hava şəraiti

Ersin Tatar Azərbaycana səfərə gəlib

Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır

Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb
