Pomidor qızıldan daha çox valyuta gətirib
2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor - 167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (82,7 milyon ABŞ dolları) üçüncü olub.
Marja xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında bildirilir.
Qeyd edilib ki, 2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 milyon, kimya sənayesi məhsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 122,4 milyon, pambıq ipliyi ixracı 12 milyon, spirtli və spirtsiz içkilərin ixracı 9 milyon, şəkər ixracı 12,4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon ABŞ dolları təşkil edib.
2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac isə 129,5 milyon ABŞ dolları təşkil edib. 2020-ci ilin sentyabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 30,5 faiz, qeyri-yeyinti sektoru üzrə isə 74,2 faiz təşkil edib. Yeyinti məhsullarının ümumi ixracda payı keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıb.
Bu ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (35,7 milyon ABŞ dolları), İsveçrəyə (27,8 milyon ABŞ dolları), Türkiyəyə (25,1 milyon ABŞ dolları), Gürcüstana (7,6 milyon ABŞ dolları) və İran (6,9 milyon ABŞ dolları) ixrac edilib.
2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (25,8 milyon) birinci, elektrik enerjisi (9,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı – (8,3 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb





















.jpg)




