Qeyri-neft sektoru üzrə 1,3 milyard dollarlıq ixrac reallaşdırılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayı təqdim edilib.
Marja “İxrac İcmalı”na istinadən xəbər verir ki, 2020-ci ilin doqquz ayı ərzində Azərbaycandan 10,6 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,3 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.
Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 485,9 milyon, Türkiyəyə 252 milyon, İsveçrəyə 166,1 milyon, Gürcüstana 99,6 milyon və Çinə 33,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor - 167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (82,7 milyon ABŞ dolları) üçüncü olub.
2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 milyon, kimya sənayesi məhsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 122,4 milyon, pambıq ipliyi ixracı 12 milyon, spirtli və spirtsiz içkilərin ixracı 9 milyon, şəkər ixracı 12,4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon ABŞ dolları təşkil edib.
2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac isə 129,5 milyon ABŞ dolları təşkil edib.
2020-ci ilin sentyabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 30,5 faiz, qeyri-yeyinti sektoru üzrə isə 74,2 faiz təşkil edib. Yeyinti məhsullarının ümumi ixracda payı keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıb.
Bu ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (35,7 milyon ABŞ dolları), İsveçrəyə (27,8 milyon ABŞ dolları), Türkiyəyə (25,1 milyon ABŞ dolları), Gürcüstana (7,6 milyon ABŞ dolları) və İran (6,9 milyon ABŞ dolları) ixrac edilib.
2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (25,8 milyon) birinci, elektrik enerjisi (9,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı – (8,3 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 34 d. əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
6 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
6 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
6 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)




.jpg)




