“PAŞA Həyat” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqladı
Yığılmış sığorta haqları 18% artıbÖlkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2020-ci ilin 3-cü rübü üzrə beynəlxalq standartlara uyğun maliyyə nəticələrini ictimaiyyətə açıqlayıb.
PAŞA Həyat sığorta yığımlarına görə bütün sığorta bazarında yenə də birinci yerdə qərarlaşıb. 2020-ci ilin yarımillik nəticələrinə görə PAŞA Həyat topladığı sığorta haqlarının və etdiyi sığorta ödənişlərinin həcmini artırıb. Pandemiya dövrünə baxmayaraq şirkət inamlı olaraq maliyyə bazarında fəaliyyət göstərir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə yığılmış sığorta haqları 18% artaraq 194 mln. AZN, sığorta ödənişləri isə 2 dəfədən çox artaraq 153 mln. AZN təşkil edib. Digər tərəfdən, ödənişlərin ikiqat artmasına baxmayaraq PAŞA Həyat-ın xalis mənfəəti keçən ilin həmin dövrü ilə müqayisədə yarım faiz artaraq 16.7 mln. təşkil edib. Şirkətin investisiya fəaliyyətindən əldə etdiyi gəlir isə 20 mln. AZN-ə qədər artıb.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. 31 dekabr 2019-cu il tarixinə şirkətin Nizamnamə kapitalı 40,250 milyon AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)



