Dövlət Xidməti: Heyvanların kütləvi tələfatı yalandır
İsmayıllı rayonunun Qubaxəlilli kəndində iribuynuzlu heyvanların kütləvi tələfatı barədə yayılmış məlumatların heç bir əsası yoxdur
Aprelin 22-də bir sıra kütləvi informasiya vasitələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində iribuynuzlu heyvanların naməlum səbəbdən tələfolması barədə məlumat yayılmışdır.
Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Xidmətin İsmayıllı Rayon Baytarlıq İdarəsinin əməkdaşları Qubaxəlilli kəndində araşdırmalar aparıblar. Araşdırmalar zamanı kənd sakinləri Mirzəyev Əlimöhsümə və Həsənov Namiqə məxsus şəxsi təsərrüfatlarda cəmi 2 baş südəmər buzovun tələf olması müəyyən edilmişdir. Həmçinin araşdırmalar zamanı kəndin digər təsərrüfatlarında iribuynuzlu heyvanların ölməsi qeydə alınmamışdır.
Ölmüş buzovlarda aparılan patoloji-anotomik yarma zamanı onların bağırsaqlarında çoxlu sayda askarid qurdlarının olması müəyyən edilmişdir.
Tələf olmuş buzovlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilmişdir. Eləcə də təsərrüfat sahiblərinə müvafiq mütəxəssis məsləhətləri verilmişdir.
Qeyd edək ki, yanvar ayından bu günə kimi, yəni 4 ay ərzində İsmayıllı rayonunun Qubaxəlilli kəndində, ümumilikdə 4 baş iribuynuzlu heyvan (sudəmər buzov) ölmüşdür. Bu heyvanlar isə ayrı-ayrı təsərrüfatlarda olmaqla terapevtik xəstəliklərdən tələf olmuşlar. İsmayıllı rayonunun Qubaxəlilli kəndində, eləcə də rayonun digər kəndlərində iribuynuzlu heyvanların kütləvi tələf olması faktına təsadüf edilməmişdir.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil, epizootoloji sabitliyə nəzarət olunur və epizootik vəziyyət sabitdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi





















