15 milyard manatı "yedik içdik"
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28 milyard 54,9 milyon manatlıq, o cümlədən 15 milyard 121,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 933,5 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,6 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,3 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olmuşdur.
2020-ci ilin yanvar-sentyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,8 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,0 faizi ticarət müəssisələri, 51,9 faizi fərdi sahibkarlar tərəfindən, 25,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,0 faiz, fərdi sahibkarlar üzrə 2,9 faiz artmış, bazar və yarmarkalarda isə 16,0 faiz azalmışdır.
2020-ci ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 312,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 168,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,1 manatlıq qeyri-ərzaq malları almışdır.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilin yanvar - sentyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 28 054,9 | 98,4 |
o cümlədən: | ||
ərzaq məhsulları | 13 690,5 | 103,4 |
içkilər və tütün məmulatları | 1 430,9 | 100,2 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 4 400,6 | 85,8 |
elektrik malları və mebellər | 1 592,3 | 92,8 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 225,5 | 99,8 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 498,2 | 137,4 |
avtomobil benzini və dizel yanacağı | 1 502,2 | 99,1 |
digər qeyri-ərzaq malları | 4 714,7 | 97,0 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







