Avropada otel biznesində ən yüksək artım Azərbaycanda olub
Azərbaycanın otel biznesi səmərəliliyin ölçülməsində istifadə olunan 3 əsas meyar üzrə Avropada ən yüksək artım tempi göstərib.
Bu barədə Portuqaliyanın publituris.pt portalında dərc edilən "Avropanın mehmanxana biznesi 2017-ci ilin birinci rübündə artım nümayiş etdirib" adlı yazıda qeyd olunub. Otel biznesi otaqların tutulması dərəcəsi, hər otaqdan gəlirlər və qiymət meyarları ilə ölçülüb.
STR analitik şirkətinin hesabatına əsasən, 2017-ci ilin ilk rübündə 2016-cı ilin analoji dövrü ilə müqayisədə Azərbaycan mehmanxanalarında otaqların tutulması göstəricisi 74,9 faiz artaraq 49,5 faiz təşkil edib. Ümumi Avropa göstəricisində artım 4,1 faiz olmaqla otaq sifarişi 63,5 faizə bərabər olub. Hesabat dövründə Azərbaycandakı mehmanxanalarda qiymətlər orta hesabla 25,5 faiz yüksəlib. Bir mehmanxana nömrəsindən əldə olunan gəlir isə 119,5 faiz artıb.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























