Cəlilabadda ilk dəfə əkilib; gəlirli sahədir
Əvvəllər onu “qızıl dən” adlandırırdılar. Zəngin tərkibinə görə beyin inkişafı, saç tökülməsi və dəri üçün olduqca faydalı olan bu bitkidən demək olar ki, Azərbaycan mətbəxində istifadə edilmir. Söhbət darı bitkisindən gedir. Cəlilabadda ilk dəfə olaraq sınaq məqsədilə əkilən 2 hektarlıq darı sahəsinin növbəti ildən genişləndirilməsi nəzərdə tutulub.
Hazırda əksəriyyətimiz darını “quş yemi” kimi tanıyırıq. Ancaq darı dünya xalqları tərəfindən buğda və düyüdən sonra ən çox istifadə olunan qida sayılır. Darı əsasən Şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. O, buğda ilə müqayisədə enerji dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Dəninin tərkibində təxminən 11,3 faiz zülal, 81 faiz nişasta, 1,7 faiz şəkər, 3,8 faiz yağ, 1 faiz sellüloz var. Tibdə darı gücü artırmaq, möhkəmləndirici məqsədlə qəbul edilir.
Darı bitkisinin Cəlilabad rayonunda da becərilməsinə maraq yaranıb. Fermer Elşən Əmirov deyir ki, bu bitkini təcrübə məqsədilə əkib: “Biz darını kartofdan sonra əkmişdik. Yəni ikinci əkin kimi. Su problemi olsa da, müəyyən qazanc götürə bildik. İstədiyimizə nail olduq. İstəyirik ki, gələn il sahəni daha da genişləndirək. Gəlirli sahədir”.
Darı çoxillik bitki olmasa da, 3-4 dəfə yaşıl yem kütləsi kimi biçmək də mümkündür. Quru saman küləşinin ətirli qoxusu var və öz yumşaqlığı ilə heyvandarlıqda əvəzolunmazdır.
“Darı bitkisinin küləşini bağlatdırıb, qış boyu heyvanların yemlənməsində istifadə edəcəyəm. Baxmayaraq ki, havalar isti keçir, heyvanlar bunu yaşıl kütlə kimi də indi də çox gözəl yeyirlər. Birinci ildir əkmişik, hektara 200-250 ədəd pres götürəcəyimi düşünürəm”, - deyə Elşən Əmirov bildirib.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mirsahib Zəkiyevin sözlərinə görə, bölgədə darıçılıq inkişaf etdirilərsə, düzgün aqrotexniki qulluq sayəsində sahələrin hər hektarından orta hesabla 20-25 sentnerə yaxın məhsul götürülməsi mümkündür. Vegetasiya dövrü 45-50 gün olan darı bitkisi hazırda ölkəmizdə geniş sahələrdə becərilməsə də, əsasən heyvandarlıq və quşçuluq istiqamətində yem istehsalının artırılmasında mühüm rol oynayır.
Azərtac
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 16 d. əvvəl
-
-
59 d. əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
4 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir


























