PAŞA Sığorta şirkəti "Sirli Bakı" layihəsini təqdim edib
PAŞA Sığorta şirkəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq abidələr və tarixi yerlər günü münasibəti ilə təşkil olunmuş tədbirdə «Sirli Bakı» layihəsinin təqdimatını keçirib.
PAŞA Sığortanın təşəbbüsü, PAŞA Holdinq və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan «Sirli Bakı» layihəsinin başlıca məqsədi paytaxt Bakıda olan tarixi abidələr barədə yerli əhali və şəhərin qonaqlarını məlumatlandıraraq onların şəhərin tarixi barədə maariflənməsinə dəstək olmaqdır.
Layihəyə əsasən, paytaxtda yerləşən tarixi obyektlər qarşısında xüsusi stendlərin quraşdırılması nəzərdə tutulub. Həmin stendlərə yaxınlaşaraq smartfon cihazlar vasitəsilə tarixi obyektlər barədə virtual şəkildə interaktiv məlumat əldə etmək mümkün olacaq. Belə ki, bunun üçün layihə çərçivəsində «Sirli Bakı» mobil tətbiqi tərtib edilib. Tətbiqi smartfon cihazlarına yükləyərək xüsusi hazırlanmış «Artırılmış Reallıq» texnologiyası vasitəsilə smartfonun kamerasını obyektlərin yanında yerləşdirilmiş stendlərin üzərindəki markerə tərəf tutmaq gərəkir. Beləliklə, istifadəçilər həmin tətbiqdə tarixi obyektlərə dair mətn, foto, həmçinin video formatlı məlumatlar əldə edə biləcəklər.
“Bakının 46 tarixi obyekti haqqında ən maraqlı və interaktiv məlumatları özündə əks etdirəcək «Sirli Bakı» layihəsi Bakının irsini yaşatmaq, bu ecazkar şəhərin bənzərsiz tarixi xəzinəsini həm yerli əhaliyə, həm də paytaxtın əcnəbi qonaqlarına tanıtmaq üçün innovativ bir vasitədir. İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi beynəlxalq miqyaslı tədbirlərin mütəmadi olaraq keçirilməsi və nəticə olaraq Bakının turizm mərkəzinə çevrilməsi layihəmizin aktuallığını daha da artırır. Bu möhtəşəm layihənin ərsəyə gəlməsində bizə dəstək göstərən hər kəsə, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dərin minnətdarlığımı bildirirəm”, - deyə PAŞA Sığorta ASC-nin idarə heyətinin sədri Ülviyyə Cabbarova vurğulayıb.
Tətbiqdə həmçinin tanınmış bələdçi və tarixçi Fuad Axundovun səsinin müşayiəti ilə tarixi abidələrin şəkillərindən ibarət slayd şou təqdim olunacaq. Tətbiqdən istifadəni rahatlaşdıran daha bir üstün cəhət burada cari məkandan növbəti abidəyə kimi istiqaməti/marşrutu xəritədə görmə imkanının mövcud olmasıdır.
Azərbaycan, rus və ingilis dillərində çalışan «Sirli Bakı» mobil tətbiqi həm iOS, həm də Android platformaları üçün nəzərdə tutulub. Layihə barədə ətraflı məlumat üçün: http://pasha-insurance.az/sirlibaki/indexaz.html
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvana dəvət olunublar
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
- 17 saat əvvəl
Son Xəbərlər
Rəsmi məzənnələr açıqlandı
Amazon 30 minədək iş yerini ixtisar etməyi planlaşdırır
Qızılın qiyməti 4 min dollardan da aşağı düşdü
49 və 515 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan Təbrizə yeni baş konsul təyin etdi
Ən çox oxunanlar
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
"Azəristiliktəchizat"da nöqsanlar aşkarlanıb
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Toyota-nın satışlarında rekord
"Arazdəyən–Sədərək ərazisi də açılmalıdır"
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Azərbaycan Rusiyadan qoyun ətinin alışını artırıb












.jpg)







.jpg)

