Elektrik qatarlarında gediş haqqını təmassız kartlar ilə ödəmək imkanı yaradılır
“Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda ilk dəfə olaraq ölkəmizin dəmir yollarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atır.
Marja Beynəlxalq Bankın yaydığı məlumata istinadən xəbər verir ki, təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq.
İlkin mərhələdə ödənişlər yalnız Azərbaycan Beynəlxalq Bankının Visa təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin sərnişinləri gediş haqlarını gediş kartları və ya biletlər vasitəsilə ödəyə bilərlər.
Layihə “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur.
«Visa şirkəti və bizim strateji tərəfdaşlarımız kütləvi daşınmalar sisteminin və ictimai nəqliyyatda ödənişlər prosesinin optimallaşdırılmasına önəmli töhfə vermək üzrədir. Biz sərnişinlər üçün problemsiz gediş təcrübəsi yaratmaq məqsədilə sərnişin nəqliyyatı operatorları tərəfindən rahat nəqliyyat həllərinin işlənilməsi səylərini dəstəkləyirik. VISA-nın vəzifəsi öz təcrübə və ödəniş texnologiyalarını təklif etməklə Azərbaycanın kütləvi daşınma operatorlarına nağd pul, kağız biletlər və müddətli gediş kartlarından təmassız ödənişlərə keçiddə yardım etməkdir. Anlaşma memorandumu ölkədə nağdsız iqtisadiyyatın artmasına yönəlmiş tədbirlərə dair bizim ümumi baxışımızı əks etdirir», - Visa-nın Qafqaz regionu üzrə meneceri Kristina Doroş qeyd edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov məsələni şərh edərək bildirib: “Biz dəmir yollarında innovasiyaların tətbiq edilməsinə səy göstəririk. Qeyd olunan əməkdaşlıq da bu istiqamətdə atdığımız mühüm addımlardan biridir. İnanırıq ki, bu yenilik sərnişinlərin rahatlığına xidmət edəcək, gediş haqlarının çox asan, sürətli və təhlükəsiz şəkildə ödənişinə imkan yaradacaq”.
Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov həmçinin bildirib: “Ölkəmizdə ödəniş ekosisteminin rəqəmsallaşdırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə Mərkəzi Bank tərəfindən "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində genişmiqyaslı dövlət proqramı reallaşdırılır. Bu layihə üzrə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2018-ci il ilə müqayisədə ölkəmizdə ödəniş kartlarının sayı 37% artaraq 9,1 milyona, təmassız kartların sayı isə 3,6 dəfə artmaqla 2,4 milyona çatıb. Artım dinamikası və nağdsız ödənişlərə yüksək bazar tələbatını nəzərə alaraq, təmassız kartların funksional imkanlarının tam həcmdə istifadəsi məqsədəuyğundur. Əminəm ki, dəmiryolu nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi layihəsinin uğurla həyata keçirilməsi, bu həllin ölkəmizdəki digər nəqliyyat növlərində də tətbiqinə əlverişli şərait yaradacaq".
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib: “Azərbaycan Beynəlxalq Bankı bir çox meyarlara görə Cənubi Qafqaz regionunun ən böyük maliyyə təşkilatlarından biridir. Bank Azərbaycanda və regionda nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Ölkəmizdə əksər innovativ bankçılıq texnologiyalarının tətbiqi məhz Azərbaycan Beynəlxalq Bankının adı ilə bağlıdır. Bank bu gün də müasir dünyanın yeni çağırışlarına cavab verən müştəri təcrübəsinin formalaşması məqsədi ilə innovasiyalara ciddi yatırımların qoyulmasına davam edir. Dəmir yolu nəqliyyatında təmassız bank kartlarından istifadə də tərəfdaşlarımızla birgə yaratdığımız uğurlu təcrübələrdən biri olacaq və müştərilərimizin rahatlığı və məmnuniyyətinə xidmət edəcək”.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
9 d. əvvəl
Unibankdan yeni qərar: nağd kreditlər 9%-dən, maksimal məbləğ 70 000 manat
-
-
56 d. əvvəl
BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
-
1 saat əvvəl
Peskov: Putinin Zelenski ilə görüşü ancaq Moskvada mümkündür
-
2 saat əvvəl
"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi təklif olunur
-
3 saat əvvəl
Qlobal bank qızılın qiymətinin artacağını proqnozlaşdırır - İlin ortasında 6200 dollara yüksələcək
-
3 saat əvvəl
FMG Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə əməkdaşlığa başlayıb
-
3 saat əvvəl
Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır
-
3 saat əvvəl
Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
Fevralın 3-də gözlənilən hava şəraiti
Qlobal bank qızılın qiymətinin artacağını proqnozlaşdırır - İlin ortasında 6200 dollara yüksələcək
Ən çox oxunanlar
Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib
Rabitəbankda yeni təyinat
Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI
Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL
Mərkəzi Bankın strategiyası işləyir – Beynəlxalq agentliklər nəticələri tərifləyir, reytinq yaxşılaşır - MÜSAHİBƏ
Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq




















