BMU-nun tələbələri proqramçılar müsabiqəsinin qalibi olub
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri onlayn formada keçirilən “PASHA Bank Cup II” proqramçılar müsabiqəsinin final turunun qalibi olub.
Universitetin yaydığı məlumatda bildirilir ki, 40 nəfər arasında keçirilən final turunda BMU-nun “İdarəetmədə informasiya sistemləri” ixtisasının magistr tələbəsi Rəşad Məmmədov peşəkarlar kateqoriyası üzrə I yerə, “Kompüter mühəndisliyi” ixtisasının bakalavr tələbələri - Ülvi Aslanlı tələbə kateqoriyası üzrə II yerə və Nicad Hüseynov isə III yerə layiq görülüblər. Bununla yanaşı, məktəblilər kateqoriyası üzrə Rəşad Məmmədovun hazırlaşdırdığı məktəblilər - Murad Eynizadə I yeri, Əziz Hüseynov II yeri, Hüseyn Hacıyev III yeri tutub.
Final turunda iştirakçılara 4 saat ərzində 6 alqoritmik məsələnin proqramını tərtib etmək və HackerRank platformasında sınaqdan keçirmək tapşırığı verilib. Müsabiqənin nəticələrinə görə üç kateqoriya (peşəkar, tələbə, şagird) üzrə qaliblər müəyyənləşdirilib.
Qaliblərə PAŞA bank tərəfindən sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müsabiqənin onlayn keçirilmiş 4 təsnifat mərhələsində müxtəlif kateqoriyalar üzrə ümumilikdə 322 nəfər iştirak edib və 56 nəfər finala vəsiqə qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)


