"Müflisləşmə və iflas haqqında" qanuna dəyişiklik edilir
Azərbaycanda "Müflisləşmə və iflas haqqında" qanuna dəyişikliklər edilə bilər. Dəyişikliklə bağlı hazırlanan qanun layihəsi müflisləşmə zamanı təyin olunan əmlak inzibatçısının hüquq və vəzifələrini, borclunun kreditorlarının hüquqlarını, müəssisənin sağlamlaşdırma şərtlərini, müflisləşmə zamanı ödənişlərin növbəliliyini, borcluya aidiyyəti olan şəxsləri dəqiqləşdirmək məqsədi ilə hazırlanıb.
Dəyişikliklə əmlak inzibatçısının hüquqlarına borc (kredit) müqavilələri bağlamaq da əlavə olunacaq. Borclunun təsərrüfat fəaliyyətini idarə etmək və bu məqsədlə borclunun adından əqdlər, o cümlədən müqavilələr, razılaşmalar və güzəştli sazişlər, habelə borc müqavilələri bağlamaq və ya bağlanılmış əqdlərin icrasını davam etdirmək əmlak inzibatçısının hüququdur.
Dəyişikliklə qanunda borclunun vəsaitlərinin satılmasına 24.1 maddə əlavə olunur. Bu maddəyə əsasən, borclunun əsas vəsaitlərinin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və ya qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir.
26-cı maddə borclunun aktivlərinin digər üsullarla satılmasını nəzərdə tutur. Bu maddədə ediləcək dəyişikliklə borclunun əmlakının digər üsulla satılması üçün əmlak inzibatçısının əsaslı qənaəti deyil, kreditorların yığıncağının əsaslı qənaəti əsas götürüləcək.
40-cı maddəyə edilən əlavəyə əsasən, sağlamlaşdırma məsələsinə baxılması məqsədilə iflas prosesinin dayandırılması barədə istənilən vaxt məhkəməyə kreditor da müraciət edə bilər. Dəyişiklikdən əvvəlki qanuna əsasən isə ancaq borclunun müraciət etmək hüquq var.
55-ci maddəyə (borclunun öz əmlak hüquqlarının məhdudlaşdırılması) edilən əlavəyə əsasən, borclunun ödəmə qabiliyyətsizliyinə səbəb olan aşağı qiymətləndirilmiş (digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az qiymətlə) əqdlər bağlandıqda əmlak inzibatçısı borclunun öz əmlak üzərində hüquqlarının hər hansı şəkildə verilməsinin məhdudlaşdırılması barədə qanunverciliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Layihədə qeyd olunub ki, borcluya aidyyəti olan şəxslər əmlak inzibatçısı seçilə bilməz.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























