Dollar bahalaşıb, qızıl ucuzlaşıb
Beynəlxalq maliyyə bazarlarında Amerikada iqtisadi canlanma gözləntiləri, dolların bahalaşmasına, qızılın isə ucuzlaşmasına səbəb olub.Almaniyanın xarici ticarətinə dair fundamental göstəricilərin proqnozlaşdırılandan zəif açıqlanması və Yunanıstanda işsizliyin yenidən artmağa başlaması, avronun ucuzlaşmasına səbəb olub. Avrozonada iqtisadi zəifləmə və dollara olan tələbin artması, özünü GBP/USD məzənnəsinin ucuzlaşmasında da göstərib. Bununla yanaşı, Amerikanın əmək bazarında işsizlik üzrə müavinətlərin sayında həftəlik azalmanın proqnozlaşdırılandan daha yaxşı açıqlanması, dolların bahalaşmasını sürətləndirib.
Bu gün isə investorların diqqət mərkəzində Amerikanın istehsal sektorunda qiymət indeksi ilə bağlı vacib məlumatlar olacaqdır. İstehsal qiymətlərinin bahalaşması, həm sənaye istehsalının artmasına, həm də inflyasiyanın yüksələ biləcəyinə işarədir. Daha pis yayımlanacağı halda, bu, Amerikada 0.1%-ə kimi geriləmiş inflyasiyanın deflyasiyaya keçə biləcəyi ehtimallarını artıracaqdır.
Dünya iqtisadiyyatının ən böyük payına sahib Amerikada iqtisadi canlanma, özünü dərhal əlvan metallar bazarlarında da qızılın qiymətinin ucuzlaşması ilə göstərib. Gələcək dalğalanmaya gün ərzində dərc ediləcək göstəricilərdən də asılı olacaqdır.
Böyüklüyünə görə dünya iqtisadiyyatında ilk 10-luqda yer alan Kanadadan açıqlanacaq əmək bazarına dair statistika məlumatlar da bu baxımından önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
- 5 d. əvvəl
-
-
14 d. əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
20 d. əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
23 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
42 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
-
1 saat əvvəl
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
Ən çox oxunanlar
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub









.webp)














