"Valyuta ehtiyatlarımızda böyük azalma yoxdur"
“Pandemiya iqtisadiyyatın durumuna təsir etməyə bilməz”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, dünya iqtisadiyyatında da tənəzzül gözlənilir: “ABŞ-da işsizlik səviyyəsi 15 faizə, ağlasığmaz duruma gəlib çatıb. Pandemiyanın Azərbaycan iqtisadiyyatına da təsiri var. Ancaq ilin əvvəlindən büdcənin gəlirləri tam, hətta profisitlə icra olunur”.
Ş. Mövsümov qeyd edib ki, Azərbaycanda 190 manat birdəfəlik ödəmə işsiz qalan insanlara yardım kimi verilir: “İnflyasiya sabit qalır. İnvestisiya proqramlarında da hər hansı gecikmə yoxdur. 2020-ci ildən böyük itkilərlə çıxmayacağımızı gözləyirik. Manatın məzənnəsi sabitdir. Neftin qiyməti də tarazlaşıb. Ona görə də (valyuta) ehtiyatlarımızın azalması cüzidir, böyük azalma yoxdur. Bütün bunlar yaxşı zəmin yaradır ki, Azərbaycan pandemiya dövrü bitdikdən sonra bu resurslardan istifadə edərək, qısa müddətdə tənəzzüldən çıxaraq əvvəlki sürətli inkişafına qayıda biləcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
44 d. əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
3 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI




















